İngiltərədə yaşayan sənət bloqçusu Robjn Cantus təsadüfən aldıqları bir tablo ilə böyük bir kəşfə imza atıb. O, 2019-cu ildə sadəcə 35 funt sterlinə aldığı rəsmin tanınmış Yeni Zelandiya rəssamı Frances Hodgkins-ə aid ola biləcəyini iddia edir. Əgər bu təsdiqlənsə, əsərin dəyəri 50 min funt sterlinə qədər yüksələ bilər.
"Tehsil365" BBC-ə istinadən xəbər verir ki, Cantus bu rəsmi Hertfordşir Şurasının 20-ci əsr sənət kolleksiyasının satışından əldə etmişdi. Əsər əvvəlcə britaniyalı rəssam Vera Kanningemə aid kimi göstərilsə də, daha sonra bunun əslində Hodgkins-ə məxsus ola biləcəyi barədə ipucları ortaya çıxıb. Maraqlısı budur ki, tablo bir zamanlar məktəblərdə incəsənət maarifləndirilməsi məqsədilə istifadə olunan kolleksiyanın bir hissəsi olub.
Cantus bu əsəri ilk olaraq Kanningemin işləri üçün almışdı və rəsmi istəmədiyini etiraf edir. Tablonun orijinal çərçivəsi zədələndiyindən, o, 1970-ci illərə aid sadə bir çərçivəyə yerləşdirilib. Əsərin arxasındakı etiketlər isə zamanla itib. Daha sonra bir izləyicisi onun blogunda paylaşdığı rəsmin əslində Hodgkins-ə aid ola biləcəyini irəli sürüb.
Cantus əsəri çərçivədən çıxardıqda, tuvalin arxa tərəfində əlavə bir rəsim də aşkarlayıb. O, öz araşdırmasından sonra BBC-nin məşhur “Fake or Fortune” proqramı ilə əlaqə saxlayıb. Tablonun orijinallığı barədə dəqiq nəticə proqram yayımlandıqdan sonra açıqlanacaq.
Hertfordşir Şurası bildirir ki, satış zamanı hər bir əsərin dəyəri ilə bağlı peşəkar məsləhət alınmış və ümumilikdə satışdan 440 min funt sterlindən çox gəlir əldə olunub. Tablonun əsl dəyəri daha yüksək olsa da, onun indi dəyərləndiriləcəyi bir məkanda olması müsbət hal kimi qiymətləndirilir.