Kitablar zamanın yaddaşı, insanlığın duyğuları və düşüncələrinin əbədi daşıyıcısıdır. “Tehsil365” xəbər verir ki, tarix boyu yazılmış bir çox məşhur kitab sevgi və müharibə mövzularını mərkəzə alaraq həm oxucuları dərin hisslərə qərq edib, həm də cəmiyyətlərə güclü təsir göstərib.
"Hərb və Sülh " – Tolstoyun möhtəşəm portreti
Rus yazıçısı Lev Tolstoyun “Hərb və Sülh” əsəri həm dövrünün siyasi mənzərəsini, həm də insan ruhunun mürəkkəbliyini əks etdirən möhtəşəm bir ədəbi nümunədir. Napoleon döyüşləri fonunda yazılmış bu roman sevgi, ailə, fədakarlıq və həyatın mənası barədə dərin fikirlər təqdim edir.
"Əli və Nino" – Qafqazda sevgi və tarix
Qurban Səidin “Əli və Nino” romanı Azərbaycan ədəbiyyatında sevgi və müharibəni bir araya gətirən nadir nümunələrdən biridir. Bakı, Tiflis və İran coğrafiyasında baş verən hadisələr fonunda müsəlman azərbaycanlı gənc ilə gürcü xristian qızın məhəbbət hekayəsi həm tarixi, həm də mədəni ziddiyyətləri əks etdirir.
"Yad" – Kamyudan varlıq və soyuq reallıq
Albert Camusun “Yad” romanı müharibənin və insan soyuqluğunun yaratdığı daxili boşluqları ön plana çəkir. Hərçənd bu əsər birbaşa müharibə romanı deyil, lakin dövrün fəlsəfi mühitində yazılmış və insanın duyğularına toxunan güclü bir nümunədir.
"Vəba Günlərində Eşq" – sevgi və ölüm arasındakı bağ
Kolumbiyalı yazıçı Gabriel Garcia Marquezin bu əsəri sevgi və səbirin, ölüm və həyatın qarşıdurmasını unikal bir dillə təqdim edir. Vəba kimi ölümcül bir dövrdə belə sevginin sağ qalması romanın əsas mesajıdır.
Müharibə dağıdır, sevgi qurur – bəzən isə bu ikisi eyni sətirdə rastlaşır. Tarixin məşhur kitabları bu qarşıdurmanı oxucuya dərinliklə çatdırır. Hər biri müəyyən dövrə aid olsa da, duyğular bəşəri olduğu üçün bu əsərlər zamanın fövqündə dayanır.