Tehsil365 xəbər verir ki, ugündən etibarən 2025/2026-cı tədris ili üzrə şagird yerdəyişməsi prosesinə başlanılıb. Proses avqustun 20-si saat 18:00-a qədər davam edəcək.
Yerdəyişmə müraciətləri sy.edu.az elektron platforması vasitəsilə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin çağrı mərkəzinə, Vətəndaşlara Xidmət Mərkəzinə və ya “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Əlavə suallar yarandığı təqdirdə vətəndaşlar birbaşa Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyiylə iəlaqə saxlaya bilərlər.