Rusiyada dini təhsilin məktəb proqramlarında rolu uzun illər müzakirə mövzusu olub. Son vaxtlar Pravoslav Kilsəsi dini dərslərin məktəblərdə daha geniş və uzun müddətli tədris olunmasını tələb edir.
“ Tehsil365 “ The moscow times - a istinadən xəbər verir ki,Rus Pravoslav Kilsəsi Təhsil Nazirliyinə bütün Rusiya məktəblərində dini təhsilin səkkiz il müddətində tədris edilməsi təklifini təqdim edib.
Yeddi yaşdan 16 yaşa qədər dini təhsilin öyrədiləcəyi təklif indi təhsil naziri Dmitri Livanov tərəfindən nəzərdən keçirilir.
Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill “Ümid edirəm ki, təklif Təhsil Nazirliyi tərəfindən dəstəklənəcək” deyib.
İlk dəfə 2012-ci ildə məktəblərə dinlə bağlı bir illik məcburi kurs tətbiq edilib və dördüncü sinif şagirdlərinə pravoslav xristianlıq, islam, yəhudilik, buddizm, dünyəvi etika və ya dünya dinləri arasında seçim etmək imkanı verən altı variantdan ibarətdir.