Təhsil 365 - Logo Mobile

Zorakılığa məruz qalan uşaqlarla bağlı hansı tədbirlər görülür? – Rəsmi açıqlama

12006.08.2025 - 05:49
Zorakılığa məruz qalan uşaqlarla bağlı hansı tədbirlər görülür? – Rəsmi açıqlama

Son zamanlar uşaqlara qarşı zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli Tehsil365-ə açıqlamasında bu cür halların qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışıb.

Bahar Həsənli bildirib ki, zorakılığa məruz qalmış uşaqlarla bağlı Komitə tərəfindən davamlı olaraq preventiv tədbirlər həyata keçirilir:

“Uşaqların, ailələrin və uşaqlarla işləyən mütəxəssislərin maarifləndirilməsi Dövlət Komitəsinin əsas prioritetlərindəndir. Gün ərzində uşaqlarla bağlı müxtəlif müraciətlər daxil olur. Bunların arasında daha çox məişət zorakılığı, təhsildən yayınma, küçə həyatına məruz qalma və digər hüquq pozuntuları ilə bağlı məsələlər üstünlük təşkil edir.”

Komitə rəsmisi qeyd edib ki, hər bir müraciət digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə araşdırılır. Uşağın yaşadığı mühit sağlam deyilsə və mənəviyyatına zidd hallar varsa, Ailə Məcəlləsinin 72-ci maddəsinə əsasən uşağın ailədən alınması həyata keçirilir:

“Uşaq haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sisteminə yerləşdirilir. Zərurət olduqda, həmin uşaq dövlət uşaq müəssisəsinə və ya sığınacağa müvəqqəti yerləşdirilir. Həmçinin, valideynlərin hüquqlarının məhdudlaşdırılması və ya məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edilir. Sonrakı mərhələdə isə uşağın sənədlərinin bərpası, təhsil hüququnun təmin edilməsi, reabilitasiyası və hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görülür.”

Komitənin təşəbbüsü ilə hazırlanmış “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı” layihəsi üzərində də iş gedir. Layihə çərçivəsində uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün müvafiq qurumlarla birgə fəaliyyətlərin gücləndirilməsi nəzərdə tutulur.

Bahar Həsənli əlavə edib ki, Komitənin bölgələrdə fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, baş verən halların operativ araşdırılması üçün mühüm rol oynayır. Eyni zamanda, maarifləndirici tədbirlər, təlimlər, konfranslar, çap materialları və elektron məlumatlar əhalinin sıx toplaşdığı ərazilərdə paylanılır və yerləşdirilir.

“Ucqar bölgələri də əhatə edən “Təşviqat avtobusu” layihəsi sayəsində Komitə mütəxəssisləri kəndlərə səfər edərək uşaqlarla birbaşa görüşür, onların problemlərini öyrənir və təlimlər keçir.”

Bundan əlavə, “Uşaq Səfirlər Məclisi” layihəsi çərçivəsində hüquqi maarifləndirmə işləri də davam etdirilir:

“Artıq 5 ildir ki, bu Məclis Bakıda və rayonlarda fəaliyyət göstərir. Hüquqlarını bilən uşaqlar hər hansı pozuntu ilə qarşılaşdıqda birbaşa Komitəyə məlumat verirlər və müvafiq tədbirlər görülür.”

Valideynlər və məktəblər bu halların qarşısını almaq üçün nə etməlidir?

Komitə nümayəndəsi valideynlərin məsuliyyətinə xüsusi diqqət çəkib:

“Valideynlər uşaqlarına diqqətlə yanaşmalı, onların gündəlik fəaliyyətini izləməli, onlarla dost münasibətində olmalıdırlar. Uşağın ailədən aldığı düzgün tərbiyə onun gələcək davranışlarında əsas rol oynayır.”

Məktəblərlə bağlı isə o bildirib ki, təhsil müəssisələrində müəllimlər və psixoloqlar sadəcə elm öyrətməməli, eyni zamanda uşaqlarla səmimi ünsiyyət qurmalıdırlar:

“Dövlət Komitəsi məktəb rəhbərləri, direktorlar, psixoloqlar üçün təlimlər təşkil edir. Məktəbdə uşaq öz fikrini sərbəst ifadə edə biləcəyi bir mühitdə yetişməlidir. Bu, onun sağlam və cəmiyyətə faydalı bir fərd kimi böyüməsi üçün çox önəmlidir”, - deyə qeyd olunub.

Rəşanə İsamqızı

Xəbər Lenti

Azərbaycan cəmiyyətində mənəvi problemlər05.10.2025 - 20:00
Yaşıl rəngi sevənlərin psixoloji xüsusiyyətləri hansılardır05.10.2025 - 19:43
Təhsilinizi təkmilləşdirmək üçün ən yaxşı vərdişlər05.10.2025 - 19:32
Bakı bağçasında 3 yaşlı uşaq ağır xəsarət aldı — Valideyn: “Nə yardım göstərdilər, nə də təcili yardım çağırdılar”05.10.2025 - 19:21
281 saylı məktəbdə hadisə: Direktora pul yığır05.10.2025 - 19:10
Şair Nəriman Həsənzadənin yaradıcılığı nə ilə seçilir05.10.2025 - 18:59
Seth Godindən 7 uğur qaydasını təqdim edirik05.10.2025 - 18:48
Müəllim smartfon qadağasından sonra şagirdlərin sakitləşdiyini deyir05.10.2025 - 18:37
Sumqayıt şəhərində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub05.10.2025 - 18:36
“İgidlərin izi ilə” adlı qayaya dırmanma turniri keçirilib05.10.2025 - 18:27
Şamaxı Avropa Liseyinin müəllimi fəxri fərmanla təltif edilib05.10.2025 - 18:17
"Natiq kimi danış" təlimi keçirilib05.10.2025 - 18:07
Hacıqabulda “Məktəbli Kuboku”adlı intellektual yarış keçirilib05.10.2025 - 17:57
III MDB Oyunlarının iştirakçıları Şuşanın mədəni irsi ilə tanış olublar05.10.2025 - 17:47
Şamaxıda Beynəlxalq Barbekü Festivalı davam edir05.10.2025 - 17:25
Müəllimlər Günü münasibətilə ahıl müəllimlər ziyarət ediliblər05.10.2025 - 17:12
Qazaxıstanlı magistrlər ATU-da təcrübə proqramını tamamlayıblar05.10.2025 - 16:52
Azərbaycanın 3x3 basketbol yığmaları yarımfinala yüksəlib05.10.2025 - 16:48
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanının I mərhələsi keçirilib05.10.2025 - 16:45
Yazıçı Rövşən Abdullaoğlu ilə imza saatı keçirilib05.10.2025 - 16:38
Naxçıvanda müəllimlər günü qeyd olunub05.10.2025 - 16:30
Respublika Uşaq Kitabxanası beynəlxalq sərgidə iştirak edib05.10.2025 - 16:25
Ağartı məhsulu yeyə bilməyənlər oxusun05.10.2025 - 16:20
Müəllimlərin sosial rifahını yaxşılaşdırmaq dövlətin əsas hədəflərindəndir05.10.2025 - 16:15
Bu nazirliyə kinoloji itlərlə bağlı yeni hüquq verildi05.10.2025 - 16:10
Niyə itlər bəzi insanları sevmir?05.10.2025 - 16:10
Zövq, yaddaş və duyğu: Musiqinin insan üzərində görünməz təsiri05.10.2025 - 16:05
Boksçumuz MDB Oyunlarında qızıl medal qazandı05.10.2025 - 16:00
Çay qaraciyər xərçəngi riskini azaldır - Alimlərdən ARAŞDIRMA05.10.2025 - 16:00
Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib05.10.2025 - 15:45
“NATO dağıla bilərdi” – Stoltenberq səbəbləri açıqlayıb05.10.2025 - 15:30
"Sabah" səfərdə "Karvan-Yevlax"a qalib gəlib05.10.2025 - 15:26
Cəbrayıl Şəhəri Günü münasibətilə təntənəli konsert proqramı keçirilib05.10.2025 - 15:15
Bakıda "Türkiyə–Azərbaycan Qardaşlığı: Anadoludan Bakıya" adlı sərgi açılıb05.10.2025 - 15:00
İdmançımız Səfdər Məmmədzadə 3-cü MDB Oyunlarında qızıl medal qazanıb 05.10.2025 - 14:53
Dünya ölkələrində çox faydalı orta təhsil sistemləri 05.10.2025 - 14:40
Fransada "EMİ" QASIRĞASI nəticəsində iki nəfər həyatını itirib 05.10.2025 - 14:32
Türkiyədə ZƏLZƏLƏ baş verib 05.10.2025 - 14:21
Məktəbəqədər təhsil uşaqların inkişafında vacibdir05.10.2025 - 14:18
Sabahın havası ürəkaçandır05.10.2025 - 14:09
Dini Azadlıq Komissiyasında "dövlət məktəblərində inanc azadlığı" müzakirə edildi05.10.2025 - 14:00
Yazıçı İsmayıl Qarayevin 75 kitabının təqdimatı olub05.10.2025 - 14:00
ABŞ-də Dini Azadlıq Komissiyası müəllim və məşqçilərin hüquqları ilə bağlı dinləmə keçirib05.10.2025 - 13:50
BSU-da “Təhsildə Yeni Çağırışlar” VI Beynəlxalq Forumu keçirilib05.10.2025 - 13:45
ABŞ-da G20 Dinlərarası Forumunun prezidenti ilə görüş keçirilib05.10.2025 - 13:37
DQİDK sədri ABŞ-də beynəlxalq simpoziumda iştirak edəcək05.10.2025 - 13:20
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanının I mərhələsi keçirilib05.10.2025 - 13:15
Azərbaycan və Türkiyə kitabxanaları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub 05.10.2025 - 13:15