Təhsil 365 - Logo Mobile

Qadın Ekspertlərin İctimai Sahələrdə Təmsilçiliyi: Səbəblər və Həll Yolları

12306.08.2025 - 17:49
Qadın Ekspertlərin İctimai Sahələrdə Təmsilçiliyi: Səbəblər və Həll Yolları

Son illərdə müşahidə olunur ki, Azərbaycanda qadın ekspertlər əsasən psixologiya və dietologiya sahələrində daha çox görünür. Bunun fonunda isə təhsil, iqtisadiyyat və politologiya kimi sahələrdə qadın ekspertlərin azlığı nəzərə çarpır. Sizcə, bu tendensiyanın səbəbləri nə ilə bağlıdır? Bu vəziyyətin dəyişməsi üçün hansı addımlar atıla bilər?

Təhsil eksperti Rizvan Fikrətoğlu açıqlamasında “Tehsil365”ə bildirib ki, bu müşahidə Azərbaycandakı ictimai sosiallığı əks etdirmədə aktual və mühüm məsələdir:

“Qadın ekspertlərin psixologiya, dietologiya, ümumilikdə daha yumşaq sahələrdə ön planda olması əvəzinə, təhsil, iqtisadiyyat, politologiya kimi daha sərt və ictimai təsir gücü yüksək sahələrdə az təmsil olunmasının səbəbləri var. Bu da cinsiyyət rollarına aid stereotiplərlə bağlıdır.

Ümumiyyətlə, ənənəvi gender rolu qəbuletmələri qadınları daha çox qayğı, dəstək və psixoloji sahələrə yönəldir. İqtisadiyyat və politologiya kimi sahələr isə hələ də kişiyə məxsus fəaliyyət sahələri kimi təqdim olunur. Ailə və cəmiyyətin təzyiqləri də bu prosesdə rol oynayır. Ümumiyyətlə, gənc qızların iqtisadi və siyasi mövzularda aktivlik göstərməsi bəzən ailələr tərəfindən təşviq edilmir. Karyera seçimi zamanı cəmiyyətin “qadına yaraşan peşə” anlayışı hələ də geniş yayılıb.

Media orqanları qadın ekspertləri daha çox psixoloji sağlamlıq mövzularında efirə çıxarır. Digər sahələrdə isə kişilərə üstünlük verilir. Akademik sahələrdə fəaliyyət göstərən qadınlar çoxdur, lakin media və ekspert sahələrində az təmsil olunurlar”.

Ekspert əlavə edib ki, bu vəziyyətin dəyişməsi üçün müəyyən addımlar atıla bilər:

“Ümumiyyətlə, qadın ekspertlərin görünürlüğünü dəstəkləmək lazımdır. Media orqanları qadın iqtisadçılar, təhsil ekspertləri, politoloqlar üçün platforma yaratmalıdır. Balanslı qonaq siyahıları təqdim etməlidirlər. Məsələn, televiziya debat platformalarına qadın mütəxəssislər aktiv şəkildə dəvət oluna bilər.

Qadın ekspertlər üçün mentorluq proqramları, təlimlər, peşəkar şəbəkələşmə tədbirləri tərtib edilə bilər. Gənc qızlar bu yolla özlərinə örnək qadın liderləri tanıya və onlardan motivasiya ala bilərlər.

Həmçinin qadın ekspertlər sosial şəbəkələrdə – LinkedIn, Twitter, Facebook – aktiv olaraq fikirlərini ictimaiyyətə daha rahat çatdıra bilərlər. Bu, həm onların tanınmasına, həm də cəmiyyətin qəbulunun dəyişməsinə töhfə verə bilər”.

Rizvan Fikrətoğlu son olaraq bildirib ki, ümumilikdə, sahə müxtəlifliyindəki balanssızlıq sadəcə fərdi seçimlərin deyil, daha geniş mədəni və sosial faktorların nəticəsidir. Bu vəziyyətin dəyişməsi üçün təkcə qadınların deyil, dövlətin, medianın, ailənin və cəmiyyətin birlikdə hərəkət etməsi olduqca vacibdir.


Türkan Kərimli

Xəbər Lenti

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır09.08.2025 - 06:05
Valideynlərin imanın qorunmasında məktəblərdən daha güclü rolu var09.08.2025 - 05:50
Biliyin müstəmləkəsizləşdirilməsi: İslamın intellektual irsini geri almağa çağırış09.08.2025 - 05:32
Yayda gün dəymə riski: Valideynlər nələrə diqqət etməlidir?09.08.2025 - 05:20
Yay aylarında uşaqlarda susuzluq riski: Gündəlik su qəbulu necə olmalıdır?09.08.2025 - 05:10
Hindistanın Maharaştra ştatında BJP hökuməti yalnız dini təhsil verən mədrəsələri “məktəb” kimi tanımayacaq09.08.2025 - 04:58
Maine ştatı dini məktəblərə yardımı qadağan edə bilməz – ABŞ Ali Məhkəməsinin qərarı09.08.2025 - 04:28
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyi nəşr olunub08.08.2025 - 19:59
Fransa mətbuatı Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti ilə keçiriləcək görüşündən yazır08.08.2025 - 19:57
BAAU ilə Anadolu Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb08.08.2025 - 19:55
Qrup rəhbəri və ixtisas müəllimi vakansiyaları üzrə birinci mərhələnin nəticələri açıqlanıb08.08.2025 - 19:53
Tramp: Əminəm ki, Ermənistan və Azərbaycan sülhə nail olacaqlar08.08.2025 - 19:47
Bakı Dövlət Peşə Təhsili Mərkəzində blogerlərlə görüş keçirilib08.08.2025 - 19:44
UNEC-in 55 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura təhsili alacaq08.08.2025 - 19:41
Qarabağ Universitetinin tibbi təhsil üzrə plan yerləri niyə azdır? – RƏSMİ CAVAB08.08.2025 - 19:40
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirilib08.08.2025 - 19:30
ADNSU-da abituriyentlər üçün növbəti “Açıq qapı günü” keçirilib08.08.2025 - 19:29
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər08.08.2025 - 19:18
Tramp Prezident İlham Əliyevin “lll Şuşa Qlobal Media Forumu”ndakı çıxışını yenidən paylaşıb08.08.2025 - 19:14
Magistratura səviyyəsində "Pedaqogika" ixtisasının yeni təhsil proqramı təsdiq olunub08.08.2025 - 19:07
İNHA Universitetinin professoru: “İkili diplom proqramı tələbələrinin parlaq gələcəyinə inanıram”08.08.2025 - 18:56
BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb08.08.2025 - 18:45
Keniyada təyyarə zürafə ilə toqquşub08.08.2025 - 18:44
Taksi sürücülərinin imtahanında 1151 nəfər uğur qazanıb08.08.2025 - 18:43
ADY: Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir08.08.2025 - 18:37
Müəllimlərin sertifikatlaşdırma imtahanı üzrə apellyasiya nəticələri açıqlanıb08.08.2025 - 18:34
Çin mediası Azərbaycan ilə Ermənistan liderlərinin Vaşinqton görüşünü diqqətdə saxlayır08.08.2025 - 18:29
Bakı Dövlət Universitetində “R.M 90” proqramlaşdırma müsabiqəsi keçirilib08.08.2025 - 18:27
Rasif Dünyamalı: “TKTA təhsilin gözü kimi fəaliyyət göstərir”08.08.2025 - 18:25
Britaniyada xarici tələbələrə vergi tətbiqi universitetlərə ildə 600 milyon funt sterlinqə başa gələ bilər08.08.2025 - 18:25
Sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün imtahan keçirilib08.08.2025 - 18:23
TKTA “Dərzi” və “Bərbər-vizajist-manikürçü” ixtisasları üzrə praktiki imtahan keçirib08.08.2025 - 18:17
Kamran Əsədov: “DİM-in gecikmiş məlumatı on minlərlə plan yerinin boş qalmasına səbəb ola bilər”08.08.2025 - 18:14
Rusiyada kanat yolu qırılıb, xəsarət alanlar var08.08.2025 - 18:12
“Abituriyent Məsləhət Mərkəzləri”nin əməkdaşları ilə növbəti görüş keçirilib08.08.2025 - 18:12
Lənkəranda “Gənclər Düşərgəsi”ndə Fashion Day: Stil və Yaradıcı Enerji Bir Arada08.08.2025 - 18:08
“Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar,“Subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub08.08.2025 - 18:01
Apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib08.08.2025 - 18:01
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində blogerlərlə görüş keçirilib08.08.2025 - 17:53
Gənclərin inkişafına yönəlmiş strateji əməkdaşlıq08.08.2025 - 17:38
İdarənin müdir müavini Qəbələdə bir sıra təhsil müəssisələrində olub08.08.2025 - 16:58
Mingəçevir Dövlət Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayır08.08.2025 - 16:12
Qarabağ Universitetinin tələbələri Dövlət Vergi Xidmətində könüllülük fəaliyyətinə başlayıblar08.08.2025 - 16:00
Somersetdə xüsusi ehtiyaclı uşaqlar üçün məktəbin yenidən qurulmasına start verildi08.08.2025 - 15:57
Fəlsəfi düşüncəni zənginləşdirəcək 5 kitab08.08.2025 - 15:48
Qarabağ RTİ-də tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə növbəti müsahibə mərhələsi keçirilib08.08.2025 - 15:46
"Heç bir xəstəliyi yox idi" – 9-cu sinif şagirdi dünyasını dəyişdi08.08.2025 - 15:34
“Abituriyent” jurnalının yeni nömrəsi və xüsusi buraxılışı nəşr olunub 08.08.2025 - 15:29