Qarabağ Universiteti 2025/2026 tədris ili üzrə ingilis və rus bölməsi üzrə tələbə qəbulu həyata keçirməyəcək.
“Təhsil365” xəbər verir ki, bu qərar tədris prosesinin yenilənməsi və universitetin gələcək inkişaf planlarına uyğun olaraq verilmişdir. Müvafiq bölmələr üzrə qəbulun dayandırılması barədə daha ətraflı məlumat universitetin rəsmi saytında və sosial media səhifələrində paylaşılacaq.
Qəbul imtahanları və tədris proqramları ilə bağlı digər yeniliklər barədə məlumat verilməsi nəzərdə tutulur.