Təhsil 365 - Logo Mobile

BMU-ya qəbulda mühüm dəyişikliklər: yeni ixtisaslar və ikili diplom proqramları

7906.08.2025 - 19:03
BMU-ya qəbulda mühüm dəyişikliklər: yeni ixtisaslar və ikili diplom proqramları

Bakı Mühəndislik Universitetinin (BMU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsinə 39 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/).

“Tehsil365” xəbər verir ki, uniiversitetin builki qəbul planı təkcə ixtisasların və ayrılan yerlərin sayının artması ilə deyil, informasiya texnologiyaları ixtisaslarının əsas baza istiqamətinə çevrilməsi ilə diqqəti cəlb edir. Vurğulamaq yerinə düşər ki, son iki ildə BMU-da innovativ texnologiyalarla işləmək bacarığına malik, yeni sənaye inqilabının çağırışlarına cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlığının həyata keçirilməsi vəzifələrinin icrası istiqamətində mühüm addımlar atılıb. Universitetdə yeni İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb. Eyni zamanda kompüter laboratoriyalarının maddi-texniki bazası gücləndirilib, bp şirkətinin dəstəyi ilə BMU-da ilk Kibertəhlükəsizlik laboratoriyası yaradılıb. Atılan məqsədyönlü addımların nəticəsidir ki, son illərin qəbullarının nəticələrinə əsasən, BMU-da informasiya texnologiyaları sahəsi üzrə ixtisaslara maraq daha da artıb.

BMU-nun tələbə qəbulu planında digər ən mühüm yenilik 7 ixtisas üzrə ikili diplom proqramının tətbiqidir ki, bu da universitetin tarixində bir ilkdir. Proqramlardan biri tam dövlət təqaüdlü olmaqla Koreya (Cənubi) Respublikasının nüfuzlu İNHA Universiteti ilə birgə icra edilir. Prezident İlham Əliyevin ötən ayın sonunda imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək təmin olunacaq. BMU-İNHA ikili diplom proqramına 2025/2026-cı tədris ili üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılacaq (https://ddp.beu.edu.az/az).

Digər ikili diplom proqramı isə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti ilə birgə Kimya, Kompüter və Mexanika mühəndisliyi ixtisasları üzrə tətbiq olunacaq. 2+2 modelinə əsaslanan proqrama müvafiq olaraq BMU-da I, II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurları keçdikdən sonra III, IV kurs təhsillərini Çində davam etdirəcəklər. Təhsillərinin sonunda tələbələr iki bakalavr diplomu əldə edəcəklər. Bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramıdır. (https://beu.edu.az/az/article/bmu-telebeleri-ucun-cinde-tehsil-almaq-ve-2-diplom-elde-etmek-imkani-2683).

BMU-da tədris olunacaq ixtisaslar üzrə, ümumilikdə 2585 plan yeri ayrılıb ki, onlardan 1745-i Azərbaycan bölməsi (əyani), 200 yer qiyabi təhsil forması, 640 yer isə ingilis bölməsinin (əyani) payına düşür. Qəbul aparılacaq 39 ixtisasın 27-si birinci, 8-i ikinci, 2-si dördüncü, habelə 2-si beşinci ixtisas qrupunu əhatə edir.

“Memarlıq” və “Dizayn”, o cümlədən “Dekorativ-tətbiqi sənət” ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb. Qəbul planında bakalavriat səviyyəsi üzrə ümumilikdə 9 ixtisas (Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Mühasibat, Şərabçılıq, Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)) həm də qiyabi təhsil formasında tədris ediləcək.

Bütövlükdə BMU-da son illər gerçəkləşdirilən islahatlar-elmi potensialın gücləndirilməsi, infrastrukturun yenidən qurulması, təhsil və idarəetmənin müasir standartlara cavab verməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi, keyfiyyət göstəricilərinin qlobal miqyasda tanınması, məzunların işlə təminatında ciddi irəliləyiş, sənaye və özəl sektorla əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsi kimi addımlar beynəlxalq reytinqlərdə də mühüm irəliləyişlərə səbəb olub. BMU dünya universitetlərinin yeni reytinq siyahısında (QS World University Rankings 2026) ötən illə müqayisədə 550 pillə irəliləyərək 901-950 aralığında qərarlaşıb və ilk dəfə dünya üzrə TOP 1000-ə daxil olub. Bu isə BMU-nu seçən abituriyentlər üçün bir sıra əhəmiyyətli üstünlüklər vəd edir. BMU-nun dünya üzrə ilk 1000-likdə qərarlaşması təkcə universitetin beynəlxalq səviyyədə tanınması deyil, həm də təhsil keyfiyyəti və gələcək karyera imkanları baxımından vacib göstəricidir. Eyni zamanda abituriyentlər üçün bu, qabaqcıl və beynəlxalq səviyyədə tanınan bir təhsil müəssisəsində oxumaq şansı deməkdir.

Züleyxa Allahverdiyeva

Xəbər Lenti

BDU-nun dəstəyi ilə Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır09.08.2025 - 06:21
CulTech İnkubasiya Proqramı – İdeyanı reallığa çevir!09.08.2025 - 06:15
BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb -FOTO 09.08.2025 - 06:13
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır09.08.2025 - 06:05
Valideynlərin imanın qorunmasında məktəblərdən daha güclü rolu var09.08.2025 - 05:50
Biliyin müstəmləkəsizləşdirilməsi: İslamın intellektual irsini geri almağa çağırış09.08.2025 - 05:32
Yayda gün dəymə riski: Valideynlər nələrə diqqət etməlidir?09.08.2025 - 05:20
Yay aylarında uşaqlarda susuzluq riski: Gündəlik su qəbulu necə olmalıdır?09.08.2025 - 05:10
Hindistanın Maharaştra ştatında BJP hökuməti yalnız dini təhsil verən mədrəsələri “məktəb” kimi tanımayacaq09.08.2025 - 04:58
Maine ştatı dini məktəblərə yardımı qadağan edə bilməz – ABŞ Ali Məhkəməsinin qərarı09.08.2025 - 04:28
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyi nəşr olunub08.08.2025 - 19:59
Fransa mətbuatı Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti ilə keçiriləcək görüşündən yazır08.08.2025 - 19:57
BAAU ilə Anadolu Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb08.08.2025 - 19:55
Qrup rəhbəri və ixtisas müəllimi vakansiyaları üzrə birinci mərhələnin nəticələri açıqlanıb08.08.2025 - 19:53
Tramp: Əminəm ki, Ermənistan və Azərbaycan sülhə nail olacaqlar08.08.2025 - 19:47
Bakı Dövlət Peşə Təhsili Mərkəzində blogerlərlə görüş keçirilib08.08.2025 - 19:44
UNEC-in 55 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura təhsili alacaq08.08.2025 - 19:41
Qarabağ Universitetinin tibbi təhsil üzrə plan yerləri niyə azdır? – RƏSMİ CAVAB08.08.2025 - 19:40
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirilib08.08.2025 - 19:30
ADNSU-da abituriyentlər üçün növbəti “Açıq qapı günü” keçirilib08.08.2025 - 19:29
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər08.08.2025 - 19:18
Tramp Prezident İlham Əliyevin “lll Şuşa Qlobal Media Forumu”ndakı çıxışını yenidən paylaşıb08.08.2025 - 19:14
Magistratura səviyyəsində "Pedaqogika" ixtisasının yeni təhsil proqramı təsdiq olunub08.08.2025 - 19:07
İNHA Universitetinin professoru: “İkili diplom proqramı tələbələrinin parlaq gələcəyinə inanıram”08.08.2025 - 18:56
BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb08.08.2025 - 18:45
Keniyada təyyarə zürafə ilə toqquşub08.08.2025 - 18:44
Taksi sürücülərinin imtahanında 1151 nəfər uğur qazanıb08.08.2025 - 18:43
ADY: Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir08.08.2025 - 18:37
Müəllimlərin sertifikatlaşdırma imtahanı üzrə apellyasiya nəticələri açıqlanıb08.08.2025 - 18:34
Çin mediası Azərbaycan ilə Ermənistan liderlərinin Vaşinqton görüşünü diqqətdə saxlayır08.08.2025 - 18:29
Bakı Dövlət Universitetində “R.M 90” proqramlaşdırma müsabiqəsi keçirilib08.08.2025 - 18:27
Britaniyada xarici tələbələrə vergi tətbiqi universitetlərə ildə 600 milyon funt sterlinqə başa gələ bilər08.08.2025 - 18:25
Rasif Dünyamalı: “TKTA təhsilin gözü kimi fəaliyyət göstərir”08.08.2025 - 18:25
Sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün imtahan keçirilib08.08.2025 - 18:23
TKTA “Dərzi” və “Bərbər-vizajist-manikürçü” ixtisasları üzrə praktiki imtahan keçirib08.08.2025 - 18:17
Kamran Əsədov: “DİM-in gecikmiş məlumatı on minlərlə plan yerinin boş qalmasına səbəb ola bilər”08.08.2025 - 18:14
“Abituriyent Məsləhət Mərkəzləri”nin əməkdaşları ilə növbəti görüş keçirilib08.08.2025 - 18:12
Rusiyada kanat yolu qırılıb, xəsarət alanlar var08.08.2025 - 18:12
Lənkəranda “Gənclər Düşərgəsi”ndə Fashion Day: Stil və Yaradıcı Enerji Bir Arada08.08.2025 - 18:08
“Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar,“Subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub08.08.2025 - 18:01
Apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib08.08.2025 - 18:01
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində blogerlərlə görüş keçirilib08.08.2025 - 17:53
Gənclərin inkişafına yönəlmiş strateji əməkdaşlıq08.08.2025 - 17:38
İdarənin müdir müavini Qəbələdə bir sıra təhsil müəssisələrində olub08.08.2025 - 16:58
Mingəçevir Dövlət Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayır08.08.2025 - 16:12
Qarabağ Universitetinin tələbələri Dövlət Vergi Xidmətində könüllülük fəaliyyətinə başlayıblar08.08.2025 - 16:00
Somersetdə xüsusi ehtiyaclı uşaqlar üçün məktəbin yenidən qurulmasına start verildi08.08.2025 - 15:57
Fəlsəfi düşüncəni zənginləşdirəcək 5 kitab08.08.2025 - 15:48