“12 Avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə gənclər arasında idmanın inkişafına töhfə vermək məqsədilə üzgüçülük üzrə regional turnir təşkil olunur.
“Təhsil365” xəbər verir ki, turnir 8 avqust 2025-ci il tarixində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.
İştirak etmək istəyən gənclər 8 avqust saat 11:00-da yarışın keçiriləcəyi məkanda qeydiyyatdan keçə bilərlər. Həmçinin, öncədən qeydiyyatdan keçmək imkanı da mövcuddur. Turnirdə iştirak ödənişsizdir. İştirakçılardan şəxsiyyət vəsiqəsi və üzgüçülük forması (rezin papaq, çimərlik geyimi, eynək) ilə gəlmələri xahiş olunur.
Əlavə məlumat üçün Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəsmi səhifəsinə baxa bilərsiniz.