"Amin" proqramının bugünkü buraxılışında "Ağsaqqallıq anlayışı" mövzusunda müzakirələr aparılacaq.
“Tehsil365” xəbər verir ki, Baku Tv-də efirə gedəcək proqramın qonaqları fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Şahlar Əsgərov və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Hacı Cavad məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.