2026-cı ilin yaz semestri üzrə Hankuk Xarici Dillər Universitetində (HUFS) tələbə mübadiləsi proqramı üçün sənəd qəbulu başlamışdır.
Bu haqda ADU-dan “Tehsil365”ə bildirilib.
Semestr tarixləri: 1 mart – 19 iyun 2026
Nominasiyalar üçün müddət: 1 avqust – 30 oktyabr 2025
Təqdim olunan yer sayı: 1 nəfər
Müraciət və nominasiyalar
Nominasiyalar və onlayn müraciət portalı:
https://wis.hufs.ac.kr/src08/jsp/fexchange/index.html
ID: AZ-ADU
Şifrə: 2015
Tələbə haqqında məlumatlar (xüsusilə e-mail) düzgün daxil edilməlidir.
Ətraflı məlumat üçün koordinator bələdçisi:
https://coordinatorguide.hufs.ac.kr
Koreya dili proqramları
1. İntensiv Koreya dili kursu (200 saat, 10 həftə)
- Uyğun ixtisaslarda oxuyanlar üçün ödənişsizdir
- Digər ixtisaslar üçün kurs haqqı: 1,660,000 KRW
- Qlobal kampusda bu kurs təklif olunmur
2. Praktik Koreya dili kursu (30 saat, 6 həftə)
- Ödənişsizdir, bütün tələbələr üçün açıqdır
- Qeydiyyat semestrə yaxın ayrıca elan ediləcək
Yataqxana yerləşməsi
- Yataqxana yerləri məhduddur və bütün tələbələrə təminat verilmir
- Qəbul müraciətlərin ilk daxilolma prinsipinə əsasən aparılır
- Müraciət yalnız HUFS portalı üzərindən nəzərə alınır (Google form deyil)
Viza və digər məlumatlar
- Tələbələr yalnız D-2-6 vizası ilə ölkəyə daxil olmalıdır
- Viza alınana qədər Koreyanı tərk etmək mümkün deyil
- Tələbə üçün bələdçi: https://exchange.hufs.ac.kr
Əlaqə
Seul kampusu üzrə:
[email protected] – Mr. Seonwoong Choi & Chloe Lee
Qlobal kampus üzrə:
[email protected] – Ms. Dain Hong
Əlavə suallar və mübadilə proqramı ilə bağlı müraciətlər üçün birbaşa HUFS-un müvafiq ofisi ilə əlaqə saxlaya bilərsiniz: