2025-ci il 30-31 oktyabr tarixində Azərbaycan Tibb Universitetində görkəmli alim və tanınmış ictimai xadim, Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun 130 illiyinə həsr olunmuş “Akademik irs 130: Cərrahiyyədə elmi və peşəkar yanaşmalar” adlı elmi-praktik konfrans keçiriləcəkdir.
ATU-dan “Tehsil365”ə bildirilib ki, konfransın 1-ci günündə Rəsmi açılış mərasimi və professor-müəllim heyətinin elmi konfransı, 2-ci günündə Cərrahi profilli rezidentlərin ümumrespublika forumu və TEC-nin konfransları keçiriləcəkdir.
Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.
Təqdim ediləcək tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
- Tezislər müasir cərrahiyyənin və cərrahi patologiyalarla əlaqəli tibb sahələrinin ən aktual problemlərinə həsr olunmalı, orijinal xarakter daşımalı və təkrar olmamalıdır
- Tezislər Azərbaycan və ya ingilis dillərində yazılmalıdır
- Tezisin həcmi 3000-3100 işarə sayı (probelsiz) təşkil etməli, A4 formatında “Arial” şrifti ilə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arası interval 1, sahələr soldan – 2 sm, sağdan – 1 sm, yuxarıdan – 1,5 sm, aşağıdan – 2 sm olmaq şərtilə təqdim edilməlidir
- Tezis ardıcıl olaraq: hər biri abzasdan (1 sm) başlamaq şərti ilə giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr, müzakirə/yekun və açar sözləri hissələrindən ibarət olmalıdır
- Tezisin əvvəlində baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı- tam şəkildə, qısaldılmamış), daha sonrakı sətirdə (1 interval aşağı) müəlliflərin çalışdığı kafedranın adı (digər müəssisələrdən olanlar üçün- müəssisənin adı, daha sonra kafedra və ya şöbəsi) qeyd edilməlidir
- Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalı və bir müəllif 2-dən çox tezis müəllifi olmamalıdır
- Tezislərin elektron variantı 30 sentyabr 2025-ci il tarixinə kimi [email protected] E- mail ünvanına göndərilməlidir
- Tezislərin çap variantı eyni zamanda birinci səhifədə kafedra müdiri və ya elmi rəhbərin dərkənarı olmaq şərtilə 30 sentyabr 2025-ci il tarixinə kimi ATU-nun Elmi Tədqiqatların İdarəolunması Departamentinə təqdim edilməlidir
- Yuxarıda qeyd edilən tələblərin hər hansı birini ödəməyən tezislər çapa qəbul edilməyəcəkdir.
Əlaqələndirici şəxs: Püsən Məmmədova (050 529 45 55), ATU, Elmi Tədqiqatların İdarəolunması Departamenti