Avqustun 8-də Astara rayonu üzrə Təhsil Sektoru və Astara Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Astara şəhər 2 nömrəli körpələr evi–uşaq bağçasında “Nağıl saatı” keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir "Uşaqlara dair strategiyaların həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə təşkil olunub.
“Nağıl saatı”nda Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova uşaqlara xalq nağılı olan “Çırtdan”ı maraqlı və interaktiv formada təqdim edib. Balacalar nağıl dünyasına səyahət edərək həm əylənib, həm də yeni biliklər əldə ediblər.
Tədbirin sonunda uşaqlar öz təəssüratlarını bölüşüb və sevimli nağıl qəhrəmanları haqqında söhbət ediblər.