Avqustun 8-də Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə 4 saylı uşaq bağçasında “Nağıl saatı” keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində uşaqların asudə vaxtının səmərəli təşkili, onların intellektual və mənəvi inkişafına töhfə vermək məqsədilə təşkil olunub.
Nağıl saatında Uşaq şöbəsinin əməkdaşı Esmira Ağarzayeva balacalara “Keçi və eşşək nağılı”nı təqdim edib. Nağılın maraqlı və əyləncəli formada təqdimatı uşaqların böyük marağına səbəb olub. Onlar nağıl qəhrəmanlarının dünyasına səyahət edərək həm əylənib, həm də yeni biliklər əldə ediblər.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlarda kitab oxumağa maraq yaratmaq, onların təsəvvür və təxəyyül qabiliyyətini inkişaf etdirmək və kitab sevgisini erkən yaşlardan formalaşdırmaqdır.