2025/2026-cı tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) 36 ixtisas üzrə qəbul aparılacaq.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, İxtisas seçimi mərhələsində abituriyentlərə dəstək göstərmək məqsədilə universitetdə Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərəcək. Mərkəz vasitəsilə abituriyentlər və onların valideynləri peşəkar komandanın məsləhətlərindən yararlana biləcəklər.
Məsləhət xidməti ödənışsiz əsasda təqdim olunur. Mərkəz MDU-nun əsas tədris binasında – kitabxana bölməsində yerləşir.
Əlavə məlumat almaq istəyənlər üçün qaynar xətt nömrəsi də fəaliyyət göstərir:
051-500-45-66 (Zəng və WhatsApp üçün)