İxtisas seçimi və subbakalavrlar üçün vəsaitlər 9 avqustdan etibarən əldə oluna bilər.
"Tehsil365" xəbər verir ki, 9 avqust 2025-ci il tarixindən etibarən “Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar, eləcə də “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı satışa təqdim olunacaq.
Sözügedən nəşrləri Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), eləcə də müxtəlif kitab mağazalarından əldə etmək mümkündür. Bundan əlavə, www.abiturient.az saytından və “Wolt” tətbiqi vasitəsilə onlayn sifariş də mümkündür.