9 avqust tarixindən “Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar,“Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı satışda olacaq.
Bu haqda DİM-dən “Tehsil365”ə xəbər verilib ki, nəşrləri DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və “Wolt” tətbiqindən sifariş etmək mümkün olacaq.
https://shorturl.at/B4g0M