Təhsil 365 - Logo Mobile

Arxeologiya və Antropologiya İnstitutunun ilk beynəlxalq dövrü elmi jurnalı nəşr edilib

8809.08.2025 - 07:47
Arxeologiya və Antropologiya İnstitutunun ilk beynəlxalq dövrü elmi jurnalı nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun ingilisdilli “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” – “Zaman körpüsü: Azərbaycan Arxeologiya və Antropologiya Jurnalı” adlı beynəlxalq elmi resenziyalı dövrü dərgisinin ilk sayı işıq üzü görüb.

Bu barədə “Tehsil365”ə institutdan məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ictimai və sosial elmlər çevrəsində yeganə ingilisdilli dövrü elmi dərginin elmi tədqiqat sahələrinə həm arxeologiyanın bütün mövcud istiqamətləri (aeroarxeologiya - havadan çəkiliş, georadar və lidar ölçmələr, Arxeocoğrafiya, Arxeometriya, Bioarxeologiya, Arxeobotanika, Arxeozoologiya, Döyüş sahəsi arxeologiyası, Rəqəmsal və Hesablama Arxeologiyası, Eksperimental Arxeologiya, Ətraf Mühit Arxeologiyası, Epiqrafiya, Landşaft arxeologiyası, Numizmatika, Dəniz arxeologiyası, Muzeyşünaslıq, Rekseologiya-təmassız tədqiqat və d.), Paleopatologiya da daxil olmaqla, həm də Bioloji və Mədəni Antropologiya sahələri, xüsusi olaraq, Arxeologiya və Antropologiya fəlsəfəsi də daxildir.

Elmi jurnal müasir dünya standartlarına uyğun jurnal metadataları (Journal metadata), dərc detalları (Publication details), identifikatorlar (Journal identifiers: ISSN, DOI və d.) və müasir jurnal xüsusiyyətləri (Journal specifications) ilə təmin edilib. Məqalələr sosial və davranış elmləri üçün qəbul olunmuş APA stili, yəni, Amerika Psixoloqlar Assosiasiyasının tövsiyyə və qaydaları üzrə tərtib edilib.

İngilisdilli jurnalın onlayn platforması olan ajaa.az rəsmi vebsaytı beynəlxalq oxucular üçün əlçatandır. Xüsusi, ISSN identifikatoruna malik jurnalın elektron resursu müasir dünya elmi jurnallarının vebsayt parametrlərinə uyğun tərtib olunub. Beynəlxalq tədqiqat təşəbbüsü olan PKP (Public Knowledge Project – İctimai Bilik Layihəsi) tərəfindən yaradılan elmi jurnalların idarə edilməsi, redaktəsi, nəşri və onlayn təqdimatı üçün nəzərdə tutulmuş OJS (Open Journal Systems – Açıq Jurnal Sistemləri) açıq mənbə (open-source) platformasında olan ajaa.az rəsmi vebsaytında məqalələr əlçatandır (open access). PDF formatında məqalələr OJS platformasının verdiyi imkanlar çərçivəsində CrossRef, Google Scholar, ORCID və s. axtarış, data sistemi və indeksləşmə bazalarına inteqrasiya olunub.

Jurnalın redaksiya heyətində Azərbaycan, Türkiyə, Özbəkistan, Yaponiya, İtaliya, Amerika Birləşmiş Ştatları və Almaniyanın tanınmış arxeoloqları və antropoloqları təmsil olunublar. Jurnalın baş redaktoru AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir-üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevdir.

ISSN və DOI üzrə beynəlxalq identifikasiya bazalarında təmsil olunan elmi jurnal başlanğıc mərhələsində ildə iki dəfə dərc ediləcək. Jurnalın elmi redaksiyasının strateji məqsədi dərginin tanınmış indeksasiya bazalarında mövqe tutmasıdır.

Jurnalın ilk nömrəsində dərc edilmiş məqalələr Azərbaycan ərazisində, əsasən, işğaldan azad edilmiş torpaqlarda son dövrdə aparılmış arxeoloji tədqiqatları əhatə edir. Məqalə həmmüəllifləri sırasında Azərbaycan alimlərilə ilə yanaşı, Yaponiya, İtaliya və Almaniya arxeoloqları da yer alıblar.

Ramidə Əliyeva

Xəbər Lenti

Sojourner Truth – Azadlıq və qadın hüquqlarının qəhrəmanı19.08.2025 - 19:50
Goranboyda 11-ci sinif şagirdi itkin düşüb19.08.2025 - 19:45
Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb19.08.2025 - 19:37
Oskar Schindler – Yüzlərlə həyatın xilasçısı19.08.2025 - 19:35
Hypatia – Qədim Yunan filosofu, riyaziyyatçı və astronom19.08.2025 - 19:10
İnsanlıq və ədalətin lideri: Nelson Mandela19.08.2025 - 19:00
Təbiətlə təmas öyrənmə prosesini gücləndirir19.08.2025 - 18:53
Milli musiqi irsi və universal harmoniyalar: Qara Qarayev yaradıcılığı19.08.2025 - 18:50
Könüllülük fəaliyyəti gənclərin inkişafına müsbət təsir edir19.08.2025 - 18:45
BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş19.08.2025 - 18:40
İncəsənətlə məşğul olmaq stressi azaldır19.08.2025 - 18:30
Səməd Vurğun: Millətin qəlbində yaşayan şair19.08.2025 - 18:30
662 bal toplayan abituriyent BANM-ı seçdi19.08.2025 - 18:20
Texnologiyadan düzgün istifadə akademik nəticələri artırır19.08.2025 - 18:15
Şabran rayonunda itkin düşən 17 yaşlı qız tapıldı YENİLƏNİB19.08.2025 - 18:14
Milli kimliyin simvolu: Hüseyn Cavid və Azərbaycan dramaturgiyası19.08.2025 - 18:10
BANM tələbələri beynəlxalq innovasiya müsabiqəsində qalib gəliblər19.08.2025 - 18:10
Məktəbli uşaqlar üçün yaddaş texnikaları19.08.2025 - 18:07
15 yaşlı oğlan qətlə yetirilib19.08.2025 - 18:04
Dövlət Proqramı çərçivəsində tələbələr Stenford Universitetində təhsil alacaqlar19.08.2025 - 18:00
Diana – Xalqın Şahzadəsi19.08.2025 - 17:50
Yeniyetmələrdə dostluğun əhəmiyyəti19.08.2025 - 17:50
Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə qəbul imtahanı keçirilib19.08.2025 - 17:49
Ağstafada gənclər arasında sorğu keçirilib19.08.2025 - 17:45
ADU-da “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinin açılış mərasimi keçirilib19.08.2025 - 17:45
Məktəbli uşaqlar üçün təbiət gəzintiləri19.08.2025 - 17:42
BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub19.08.2025 - 17:35
Gənclərdə kitab klublarının rolu19.08.2025 - 17:30
Abraham Linkoln – Azadlığın və bərabərliyin simvolu19.08.2025 - 17:30
İmtahan öncəsi qida seçimi19.08.2025 - 17:21
ADNSU tələbəsinin tədqiqat işi beynəlxalq elmi proqramda 120-dən artıq təqdimat arasında ən yaxşı seçilib19.08.2025 - 17:20
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir19.08.2025 - 17:10
19 avqust- Milli Qəhrəman Hidayət Rüstəmovun doğum günü19.08.2025 - 17:10
Məktəblilərdə fiziki hərəkətin dərsə təsiri19.08.2025 - 17:05
Lənkəran Dövlət Peşə təhsil mərkəzi Şəhid övladları üçün düşərgəyə dəstək göstərib19.08.2025 - 17:00
Xaricdə təhsil üçün dil biliklərinin rolu19.08.2025 - 16:56
Gəncədə Avropa mükafatçısı boksçu ilə görüş keçirilib19.08.2025 - 16:54
Gəncədə dünya birinciliyi qalibi idmançı ilə görüş keçirilib19.08.2025 - 16:51
Musiqi və incəsənət müəllimləri üçün təlimlərin ikinci mərhələsi start götürdü19.08.2025 - 16:45
Universitet tələbələri üçün zaman idarəetməsi19.08.2025 - 16:44
Yeniyetmələrdə texnologiyadan asılılıq19.08.2025 - 16:38
Ağstafa və Qazax rayonlarında təhsil sahəsi üzrə vətəndaş qəbulu keçirilib19.08.2025 - 16:30
Kitab oxumağın nitq inkişafına təsiri19.08.2025 - 16:25
Qobustan Gənclər evində gənclərin sağlam həyat tərzinə dair təlim-tədris fəaliyyəti təşkil olunub19.08.2025 - 16:15
Məktəblilərdə düzgün oturuş vərdişləri19.08.2025 - 16:10
Tibb təhsili üçün ən yaxşı Avropa universitetləri və ixtisas seçimləri19.08.2025 - 16:05
Abituriyentlər üçün stresslə mübarizə yolları19.08.2025 - 16:00
Böyük Britaniya universitetləri maliyyə böhranı ilə üz-üzə: təhsil sistemi yenidən düşünülməlidir19.08.2025 - 15:56