ABŞ-da Tramp administrasiyasının tətbiq etdiyi sərtləşdirilmiş viza və miqrasiya qaydaları Hindistanlı tələbələrin sayına ciddi təsir göstərib. Rəsmi rəqəmlərə görə, ötən illə müqayisədə ABŞ-da təhsil alan Hindistanlı tələbələrin sayı 28% azalıb – 3,48 lakhdan 2,88 lakh-a düşüb.
"Tehsil365" Education Times-in yaydığı məlumata əsasən xəbər verir ki, dəyişikliklərə F-1 vizası üçün daha sərt yoxlamalar, məzuniyyətdən sonra iş imkanı verən OPT/CPT proqramlarında məhdudiyyətlər və H-1B vizası ilə işə keçidin çətinləşməsi daxildir. Bununla yanaşı, təhsil və yaşayış xərclərinin artması da tələbələrin seçimlərinə təsir edib.
Mütəxəssislər bildirirlər ki, güclü maliyyə imkanına və yüksək reytinqli universitet qəbuluna sahib olan tələbələr üçün ABŞ hələ də dəyərli təhsil təqdim edir. Lakin əsas məqsədi təhsil sonrası iş olan gənclərə Almaniya, Yeni Zelandiya və Sinqapur kimi alternativ ölkələr tövsiyə olunur.