Tehsil365 xəbər verir ki, Odlar Yurdu Universiteti 2025/2026-cı tədris ili üzrə magistratura səviyyəsi və MBA proqramlarında boş qalan yerlərə qəbul elan edir.
Magistratura səviyyəsi üzrə qəbul aparılacaq ixtisaslaşmalar bunlardır: Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə), Azərbaycan ədəbiyyatı, Azərbaycan dili, klinik (tibbi) psixologiya, təhsil psixologiyası, ailə psixologiyası, qrafik dizayn, interyer dizaynı, mühit dizaynı, biznesin təşkili, beynəlxalq iqtisadiyyat, iqtisadiyyatın tənzimlənməsi, bank işi, marketinq tədqiqatları və bazarın proqnozlaşdırılması, xidmət sahələrinin marketinqi, turizm menecmenti, səhiyyə menecmenti, strateji menecment, bioekologiya, ətraf mühitin mühafizəsi və bərpası metodları, idarəetmədə informasiya sistemləri.
MBA proqramları çərçivəsində isə beynəlxalq biznes, rəqəmsal biznes, maliyyə, mühasibat, marketinq, rəqəmsal marketinq, səhiyyənin idarə edilməsi, turizm və hotelçiliyin idarə edilməsi, informasiya texnologiyalarının idarə edilməsi üzrə qəbul həyata keçirilir.