Bakı Dövlət Universitetinin (BDU) “Hüquqşünaslıq” ixtisası üzrə SABAH qruplarının məzunu Selcan Hacı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.
Bu barədə BDU-dan “Tehsil365”ə bildirilib ki, o, magistratura səviyyəsində təhsilini 2026-cı ilə qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının QS dünya reytinqində 9-cu yerdə qərarlaşan London Universitet Kollecində “Hüquq” ixtisası üzrə davam etdirəcək.
2021-ci ildə keçirilən qəbul imtahanlarında 590 bal toplayan Selcan Hacı, BDU-nun “Hüquqşünaslıq” ixtisasını 92.5 ÜOMG ilə bitirib. O, həmçinin IELTS imtahanından 7.5 nəticə əldə edib.
BDU rəhbərliyi Selcan Hacını təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.