Təhsil 365 - Logo Mobile

Təlim kurslarının iş vədləri: Gözləntilər və reallıqlar

32710.08.2025 - 08:48
Təlim kurslarının iş vədləri: Gözləntilər və reallıqlar

Son illər təlim kurslarına maraq artmaqda, lakin kurslar tərəfindən verilən iş vədləri və sertifikatların hüquqi statusu barədə suallar da çoxalır. Hüquqşünas Səməd Qasımov bu mövzuda vacib məqamları açıqlayıb:

1 . Təlim kursları tərəfindən verilən iş vədləri hüquqi məsuliyyət daşıyırmı?

—”Təlim kurslarının iş vədləri yalnız yazılı müqavilədə açıq şəkildə göstərildiyi halda hüquqi məsuliyyət yaradır. Mülki Məcəllənin müqavilə öhdəlikləri ilə bağlı müddəalarına əsasən, əgər tərəflərdən biri müqavilədə konkret öhdəlik götürürsə, onun icra olunmaması hüquqi məsuliyyətə səbəb olur. Lakin reklam və ya şifahi bəyanat kimi verilən vədlər kommersiya xarakterli elan sayılır və hüquqi baxımdan öhdəlik yaratmaq üçün kifayət etmir.”

2 . Vədlər yerinə yetirilmədikdə, kurs iştirakçısı ödədiyi ödənişi geri tələb edə bilərmi?

—”Bəli, əgər kurs tərəfindən vəd olunan nəticə müqavilədə açıq şəkildə müəyyən edilib və bu nəticə təmin olunmayıbsa, vətəndaş ödənişin geri qaytarılmasını tələb edə bilər. Bu vəziyyətdə Mülki Məcəllənin 422-ci maddəsi (“Müqavilənin ləğvi və dəyişdirilməsi”) tətbiq olunur. Həmçinin, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanuna əsasən, xidmət keyfiyyətsiz olduqda və ya göstərilmədikdə istehlakçı ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququna malikdir.”

3 . Dövlət tərəfindən təlim kurslarına nəzarət necə həyata keçirilir?

—”Təlim kurslarına nəzarət əsasən İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi tərəfindən sahə üzrə səlahiyyətlərinə uyğun həyata keçirilir. Rəsmi təhsil müəssisəsi statusuna malik kursların fəaliyyəti Təhsil haqqında Qanuna əsasən lisenziyalaşdırılır və mütəmadi yoxlamalara məruz qalır. Bundan əlavə, istehlakçı hüquqlarının qorunması ilə bağlı dövlət orqanlarının da geniş səlahiyyətləri mövcuddur.”

4 .Kurslar tərəfindən təqdim olunan sertifikatların beynəlxalq tanınması ilə bağlı hansı hüquqi məsələlər mövcuddur?

—”Beynəlxalq tanınma əsasən sertifikatın verildiyi qurumun akkreditasiyası və həmin akkreditasiyanın qəbul olunduğu ölkələrdən asılıdır. Azərbaycan qanunvericiliyi kursların verdiyi sertifikatların avtomatik beynəlxalq səviyyədə tanınmasını təmin etmir. Bu proses adətən iki mexanizm vasitəsilə həyata keçirilir: birincisi, kursun xarici akkreditasiya orqanı tərəfindən tanınması; ikincisi isə Azərbaycan ilə digər ölkələr arasında diplom və sertifikatların qarşılıqlı tanınması ilə bağlı dövlətlərarası müqavilələrin mövcudluğudur. Əks halda, sertifikatın xaricdə hüquqi qüvvəyə malik olması yalnız işəgötürən və ya qəbul edən qurumun daxili siyasətindən asılıdır.”

Mütəxəssis sonda onu da qeyd etdi ki, təlim kurslarına qatılan şəxslər müqavilənin şərtlərini diqqətlə oxumalı, hüquqlarını yaxşı bilməli və kurs seçərkən akkreditasiya ilə sertifikatların tanınması məsələlərinə xüsusi diqqət yetirməlidirlər. Dövlət qurumlarının nəzarəti isə əsasən göstərilən xidmətin keyfiyyətinin qorunmasına yönəlib.


Fəridə Sadıqzadə

Xəbər Lenti

Taksi sürücüləri üçün imtahan keçiriləcək17.01.2026 - 13:39
Alimlərimizin növbəti məqaləsi yüksək impakt-faktorlu jurnalda17.01.2026 - 13:24
Fəlsəfə və Sosiologiya İnstitutunda Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub - FOTO17.01.2026 - 13:12
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir17.01.2026 - 12:57
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib17.01.2026 - 12:42
Bu gün Uşaq ixtiraları günüdür17.01.2026 - 12:27
Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur17.01.2026 - 12:15
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17.01.2026 - 12:00
Qırmızı kürünün faydaları: Düzgün seçim qaydaları17.01.2026 - 11:49
Təhsilini bitirməyənlərin nəzərinə - İmtahan olacaq17.01.2026 - 11:36
​Bu məktəbin iki şagirdi var17.01.2026 - 11:24
Məktəblərdə üç fənn birləşir17.01.2026 - 11:12
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər17.01.2026 - 11:00
Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək17.01.2026 - 10:48
Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 10:35
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri 17.01.2026 - 10:20
Kollecə direktor təyin edildi17.01.2026 - 10:08
Rayonlarda distant təhsil başlayır17.01.2026 - 09:56
Bu smartfonlarda süni intellekt pulsuz olacaq17.01.2026 - 09:41
İlham Əliyev bayramlarla bağlı fərman imzaladı17.01.2026 - 09:28
Azərbaycanda bu sahələr üzrə müəllim tapılmır17.01.2026 - 09:17
Daha bir ölkədə “Novruz” milli bayram elan edildi17.01.2026 - 09:05
Azərbaycanlı tələbə Türkiyədə qəfil vəfat edib 17.01.2026 - 08:58
LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib17.01.2026 - 08:40
Yer kürəsinin ən böyük çay deltaları dayazlaşır17.01.2026 - 08:29
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 08:14
AzMİU ilə “Azərisitiliktəchizat” ASC arasında birgə fəaliyyət imkanları müzakirə edilib17.01.2026 - 07:59
BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib17.01.2026 - 07:46
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək17.01.2026 - 07:30
Hakerlər "Bluetooth" vasitəsilə insanları izləyə bilərlər - XƏBƏRDARLIQ17.01.2026 - 07:14
Həkim: "İndiki uşaqlar infeksiyalarla daha tez-tez qarşılaşırlar"17.01.2026 - 07:00
Astronomlar kosmosda dəmirdən "lent" aşkar ediblər17.01.2026 - 06:48
"ChatGPT" insan beyninə yerləşdiriləcək17.01.2026 - 06:39
ADU-nun Konfutsi İnstitutu Biləsuvarda təhsil əlaqələrini genişləndirir17.01.2026 - 06:27
AzTU beynəlxalq mübadilə proqramlarını genişləndirir17.01.2026 - 06:08
Bu gün hava necə olacaq? 17.01.2026 - 05:52
İki azyaşlı dəm qazdan zəhərlənib17.01.2026 - 05:29
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğurla çıxış ediblər17.01.2026 - 05:10
Müəllimlərin əmək məzuniyyətinin qaydası DƏYİŞDİRİLDİ17.01.2026 - 04:59
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi17.01.2026 - 04:48
Azərbaycanda tanınmış həkim vəfat etdi17.01.2026 - 04:30
NDU-da payız semestrinin imtahan sessiyası ilə bağlı görüş keçirilib - FOTO16.01.2026 - 16:50
Azərbaycan sosial mediada “Instagramı” seçdi - Statistika16.01.2026 - 16:40
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi16.01.2026 - 16:30
“Bakcell” və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTOLAR16.01.2026 - 16:20
Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib16.01.2026 - 16:10
"Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir16.01.2026 - 16:02
Suriyadan Azərbaycan vətəndaşı olan ana və 4 övladı ölkəyə gətirilib16.01.2026 - 15:56