Təhsil 365 - Logo Mobile

Savadsız ana sağlam nəsil yetişdirə bilməz

17310.08.2025 - 10:41
Savadsız ana sağlam nəsil yetişdirə bilməz

Erkən nikahın psixoloji və sosial fəsadları ilə bağlı fikirlərini bölüşən psixoloq Fəridə Musəvi bildirib ki, bir çox qadınların yaşadığı travmalar onlara analarından miras olaraq keçir. Onun sözlərinə görə, milli dəyərlər və keçmiş adət-ənənələr uzun illər boyu gənc qızların tez ailə qurmasının “yaxşı hal” kimi qəbul olunmasına səbəb olub.

> “Keçmişdə ‘kim tez ailə qurarsa, yaxşı qızdır’ düşüncəsi cəmiyyətdə hökm sürüb. Oğlu olan ana görüb-bəyəndiyi qızı seçib alırdı. Bu yanaşma illərlə bizim şüuraltımıza kodlaşdırılıb. Erkən nikaha məruz qalan bir ana travmalarını övladına ötürür, o övlad da öz növbəsində həmin travmanı gələcək nəsillərə ötürür. Sevindirici haldır ki, bu gün bəzi xanımlar artıq fərqindədirlər, şəfalanmağı seçirlər və övladlarına sağlam gələcək verirlər,” deyə psixoloq vurğulayıb.

Fəridə Musəvi qeyd edib ki, erkən nikaha məcbur qalan qadınlarda basdırılmış duyğular sonradan ciddi psixoloji pozuntulara səbəb olur:

> “Panik atak, ağır depressiya – bunların hamısı erkən nikahın fəsadlarıdır. Burada ginekoloji tərəflərə toxunmuram. 18 yaşdan və daha kiçik yaşda analıq yaşayan qadının orqanizmində yaranan dəyişikliklər psixologiyasına da təsir edir. Əgər qadın düşdüyü mühitdə – qayın, qaynata, baldız və onu anlamayan bir həyat yoldaşının arasında dəstək görmürsə, aldığı travmalar gələcəkdə onu yalnız intihara aparır. Təəssüf ki, bu gün biz bunun şahidiyik. Bir çox qadın səbəbsiz kimi görünən səbəblərlə özünü asır, atır, özünə qəsd edir. Bunun kökündə basdırılmış, illərlə dilə gətirilməyən duyğular dayanır.”

Psixoloq vurğulayıb ki, erkən nikah qadının seçim azadlığını əlindən alır:

> “Erkən nikah quran xanımların seçim şansı olmur. Onlara ‘sənin seçmək ixtiyarın yoxdur, qərarı ailə verir’ deyilir. Bu fikir beyinə kodlaşdırılır və o qadın öz övladına da eyni düşüncə tərzini ötürür. Beləliklə, nəsillər sağlam olmayan təfəkkürlə yetişir.”

Onun sözlərinə görə, savadsız, sosiallaşmamış, maariflənməmiş bir ana cəmiyyət üçün faydalı övlad yetişdirə bilməz:

> “Bəziləri düşünür ki, bunun heç bir əhəmiyyəti yoxdur, qadın tez ailə qurmalıdır. Mən hesab edirəm ki, qadın müəyyən yaş dönəmindən sonra ailə qurmalıdır. Bu, dünya psixoloqları tərəfindən də təsdiqlənir. Mənim şəxsi fikrimə görə, ideal yaş 27–30 arasıdır. Qadın ailə qurarkən niyə ailə qurduğunu, həyatını kiminlə birləşdirdiyini, gələcək övladına necə bir ata seçdiyini düşünməlidir.”

Psixoloq həmçinin erkən nikaha qaçaraq razılıq verən qızların da məsuliyyətinin əsasən ailələrində olduğunu deyib:

> “Uşağının təhsilinə pul tapmayan, amma cehiz yığan bir ailə övladının şüuraltına bunu kodlayır. Yeniyetməlik dövrünə girən uşaq artıq ər barədə düşünməyə başlayır. İlk qarşısına çıxan tipi ideallaşdırır, çünki başqa nümunəsi yoxdur. Halbuki təhsil alsa, işləsə, daha düzgün seçim edərdi. Buna görə maarifləndirmə işləri gücləndirilməlidir. Hər ay məktəblərdə, kolleclərdə valideyn və uşaqlarla bu mövzuda görüşlər keçirilməlidir.”

Fəridə Musəvi qanunvericilikdə mövcud olan erkən nikaha qarşı müddəaların da sərtləşdirilməsini təklif edir.

> “Azərbaycan qanunları inkişaf edir, amma sərtliyə baxmayaraq, dövlət orqanlarını aldadaraq erkən nikah quranlar hələ də var. Qanunlar daha da ağırlaşdırılmalı, valideynlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ancaq bu halda biz birlikdə gənclərimizi xilas edə bilərik.”

Psixoloq fikirlərini maraqlı bir bənzətmə ilə tamamlayıb:

> “Siz bir rəqəmi – məsələn, 6-nı görürsünüz. Ziyalı insan ona əks tərəfdən baxanda 9 olduğunu da görə bilər. Amma erkən nikaha məruz qalan və sosiallaşmayan fərd yalnız dar çərçivədən baxır və 6-nı elə 6 kimi qəbul edir. Onlar digər tərəfi görə bilmirlər.”

Fəridə Sadıqzadə

Xəbər Lenti

Taksi sürücüləri üçün imtahan keçiriləcək17.01.2026 - 13:39
Alimlərimizin növbəti məqaləsi yüksək impakt-faktorlu jurnalda17.01.2026 - 13:24
Fəlsəfə və Sosiologiya İnstitutunda Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub - FOTO17.01.2026 - 13:12
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir17.01.2026 - 12:57
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib17.01.2026 - 12:42
Bu gün Uşaq ixtiraları günüdür17.01.2026 - 12:27
Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur17.01.2026 - 12:15
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17.01.2026 - 12:00
Qırmızı kürünün faydaları: Düzgün seçim qaydaları17.01.2026 - 11:49
Təhsilini bitirməyənlərin nəzərinə - İmtahan olacaq17.01.2026 - 11:36
​Bu məktəbin iki şagirdi var17.01.2026 - 11:24
Məktəblərdə üç fənn birləşir17.01.2026 - 11:12
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər17.01.2026 - 11:00
Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək17.01.2026 - 10:48
Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 10:35
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri 17.01.2026 - 10:20
Kollecə direktor təyin edildi17.01.2026 - 10:08
Rayonlarda distant təhsil başlayır17.01.2026 - 09:56
Bu smartfonlarda süni intellekt pulsuz olacaq17.01.2026 - 09:41
İlham Əliyev bayramlarla bağlı fərman imzaladı17.01.2026 - 09:28
Azərbaycanda bu sahələr üzrə müəllim tapılmır17.01.2026 - 09:17
Daha bir ölkədə “Novruz” milli bayram elan edildi17.01.2026 - 09:05
Azərbaycanlı tələbə Türkiyədə qəfil vəfat edib 17.01.2026 - 08:58
LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib17.01.2026 - 08:40
Yer kürəsinin ən böyük çay deltaları dayazlaşır17.01.2026 - 08:29
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 08:14
AzMİU ilə “Azərisitiliktəchizat” ASC arasında birgə fəaliyyət imkanları müzakirə edilib17.01.2026 - 07:59
BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib17.01.2026 - 07:46
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək17.01.2026 - 07:30
Hakerlər "Bluetooth" vasitəsilə insanları izləyə bilərlər - XƏBƏRDARLIQ17.01.2026 - 07:14
Həkim: "İndiki uşaqlar infeksiyalarla daha tez-tez qarşılaşırlar"17.01.2026 - 07:00
Astronomlar kosmosda dəmirdən "lent" aşkar ediblər17.01.2026 - 06:48
"ChatGPT" insan beyninə yerləşdiriləcək17.01.2026 - 06:39
ADU-nun Konfutsi İnstitutu Biləsuvarda təhsil əlaqələrini genişləndirir17.01.2026 - 06:27
AzTU beynəlxalq mübadilə proqramlarını genişləndirir17.01.2026 - 06:08
Bu gün hava necə olacaq? 17.01.2026 - 05:52
İki azyaşlı dəm qazdan zəhərlənib17.01.2026 - 05:29
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğurla çıxış ediblər17.01.2026 - 05:10
Müəllimlərin əmək məzuniyyətinin qaydası DƏYİŞDİRİLDİ17.01.2026 - 04:59
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi17.01.2026 - 04:48
Azərbaycanda tanınmış həkim vəfat etdi17.01.2026 - 04:30
NDU-da payız semestrinin imtahan sessiyası ilə bağlı görüş keçirilib - FOTO16.01.2026 - 16:50
Azərbaycan sosial mediada “Instagramı” seçdi - Statistika16.01.2026 - 16:40
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi16.01.2026 - 16:30
“Bakcell” və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTOLAR16.01.2026 - 16:20
Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib16.01.2026 - 16:10
"Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir16.01.2026 - 16:02
Suriyadan Azərbaycan vətəndaşı olan ana və 4 övladı ölkəyə gətirilib16.01.2026 - 15:56