Təhsil 365 - Logo Mobile

Dil öyrənmədə real həyat + tədris kombinasiyası

16710.08.2025 - 13:01
Dil öyrənmədə real həyat + tədris kombinasiyası

“Tehsil365” ə müsahibəsində xarici dillər üzrə mentor Vüqar Məmmədov yeni dil öyrənmənin effektiv yollarından və motivasiyanın qorunmasından danışıb. O, dil öyrənmədə real həyat təcrübəsi ilə dərsin balanslı birləşməsinin vacibliyini vurğulayaraq, əsas söz bazası və danışıq nümunələri ilə başlamağı tövsiyə edib. Mentor həmçinin, az-az, amma müntəzəm məşqin, kiçik məqsədlər qoyub özünü mükafatlandırmağın motivasiyanı artırdığını bildirib:

1. Sizcə, yeni bir dili öyrənməyin ən effektiv və sürətli üsulu nədir?

”Mənim fikrimcə, dil öyrənməyin ən sürətli yolu onu həyat tərzinə çevirməkdir. Yəni fikrin dərs kitabında qalmasın, gündəlik həyatında hiss eləməlisən. Telefonunu, sosial şəbəkəni, YouTube izlədiklərini o dilə çevirməlisən. Bir az “real həyat + tədris” kombosu turbo effekt verir. Sadəcə dərsə bağlı qalmaq çox yavaş təsir edir, amma sadəcə “film izləyib öyrənəcəyəm” demək də işə yaramaz. İkisini balanslı saxlayan adam çox tez irəliləyir.”

2. Yeni bir dil öyrənməyə başlayanda ilk olaraq nədən başlamaq lazımdır?

”Məncə, ilk mərhələdə qrammatikadan başlamaq ən motivasiyanı öldürən şeydir. Ən yaxşısı - əsas söz bazası və danışıq nümunələri ilə başlamaqdır. İnsan əvvəlcə özünü ifadə edə bilsə, sonra qrammatikanı mənimsəmək həm asan, həm də maraqlı olur. Yəni əvvəl “danışa bilmək”, sonra “düzgün danışmaq”.

3. Dil öyrənmək üçün gündə neçə saat məşq etmək ideal hesab olunur?

”Əslində burada “az-az, amma hər gün” prinsipi işləyir. 15-30 dəqiqə belə olsa, gündəlik etmək çox effektlidir. Amma kimdə vaxt varsa, 1-2 saat ayırmaq idealdır. Yox, “həftədə bir dəfə 5 saat” eləsən, beynin çox hissəsini unudur. Dil öyrənmək idman kimidir - məşqi atanda əzələ boşalır.”

4. Dil öyrənərkən motivasiyanı necə qorumaq olar?

”Mən həmişə deyirəm: motivasiya bəzən tükənir, amma vərdiş qalır. Ona görə motivasiyaya yox, sisteminə güvən. Özünə kiçik məqsədlər qoy. Bir də özünü kiçik uğurlara görə mükafatlandır. Bu səni uşaq kimi həmişə oyunda saxlayacaq.”

Sonda mentor vurğulayır ki, beyin dili “tanışlıq” və “təkrar” üzərindən mənimsəyir. Əvvəl beynin yeni söz və strukturları tanıyır, sonra təkrar-təkrar gördükcə bunu yadda “möhkəmləndirir”. Ona görə dinləmə və təkrar çox önəmlidir. Bir də beyin kontekstdə öyrənəndə, yəni sözü bir cümlənin, bir vəziyyətin içində görəndə onu həm daha tez, həm daha uzunmüddətli yadda saxlayır. Boş yerə “tərcüməsiz düşünmək” məsləhət görülmür. Zamanla beynin avtomatik o dildə düşünməyə başlayır.

Fəridə Sadıqzadə

Xəbər Lenti

Əməkdar mədəniyyət işçisi İlqar Cəfərovun doğum günüdür28.11.2025 - 04:52
Azərbaycanın əməkdar rəssamı Rəfael Abbasovun doğum günüdür28.11.2025 - 04:39
Bu gün tanınmış aşıq və el şairi Alqayıt Xəlilovun doğum günüdür28.11.2025 - 04:26
Azərbaycanın ilk hərbi generallarından biri – Tərlan Əliyarbəyovun doğum günüdür28.11.2025 - 04:13
2023, 28 noyabr — Qarabağ Universitetinin təsis edilməsi: Bölgənin elmi və təhsil inkişafında yeni mərhələ28.11.2025 - 04:00
AMEA Rəyasət Heyətinin iclası keçirilib27.11.2025 - 19:56
Kino və televiziya ixtisaslarında təhsil alan tələbələr üçün yeni dərs vəsaiti27.11.2025 - 19:44
Gələn il bu ali təhsil müəssisələri akkreditasiya olunacaq27.11.2025 - 19:30
Dekabrda Azərbaycanda media savadlılığı həftəsi başlayacaq27.11.2025 - 19:26
BSU-da təhsilalanlar üçün fərdi karyera konsultasiyaları keçirilib27.11.2025 - 19:00
NDU-da akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib27.11.2025 - 18:45
Naxçıvanda "Şərur Yallısı" haqqında film çəkilir27.11.2025 - 18:30
Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək27.11.2025 - 18:15
Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd edilib27.11.2025 - 18:00
Ndidi Dayke: Dünya müasir Afrika incəsənətinin gücünü hələ indi həqiqətən görməyə başlayır27.11.2025 - 17:53
“Shirvan Open 2025” Beynəlxalq Şahmat Festivalına yekun vurulub27.11.2025 - 17:30
Əsəd Cahangir: Seyid Əzim Şirvani minillik poeziyamızın əsas sütunlarındandır27.11.2025 - 17:15
BMU tələbələri arasında Azərbaycan tarixi üzrə intellektual yarış keçirilib 27.11.2025 - 17:00
Çində təqaüdlə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ27.11.2025 - 16:50
Bakıda TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir27.11.2025 - 16:40
63 özəl bağçada ödənişə güzəşt ediləcək27.11.2025 - 16:20
Agentlik gələn il universitetlərin beynəlxalq reytinqlərini yüksəltmək üçün planlarını açıqlayıb27.11.2025 - 15:55
Malayziyanın ali təhsil müəssisələrinin nümayəndələri BDU-da27.11.2025 - 15:40
Ekoloji tədqiqatlarda CİS texnologiyalarına dair kitab nəşr edilib27.11.2025 - 15:25
BDU tələbələri immunçatışmazlığı xəstəlikləri barədə məlumatlandırılıb27.11.2025 - 15:10
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tədqiqat işləri bu il 3 elmi istiqamət üzrə aparılıb27.11.2025 - 15:00
Professor Məsud Mahmudov Xəzər Universitetində korpus dilçiliyinə dair məruzə edib27.11.2025 - 14:45
Venesuela poeziyasının Azərbaycan dilinə tərcümə olunmuş nümunələri Karakasda təqdim edilib27.11.2025 - 14:30
Limonlu suyun faydaları bunlardır27.11.2025 - 14:20
Saçların vaxtından tez ağarımasının səbəbləri27.11.2025 - 14:05
Bu giləmeyvə cavanlaşdırır, əhvalı yüksəldir27.11.2025 - 13:50
“Apple”ın təsis sənədi hərraca çıxarılacaq27.11.2025 - 13:40
"ARB 24" 7 yaşını qeyd edir27.11.2025 - 13:25
Natiq Məmmədli: Hazırda media üçün əsas təhdidlərdən biri informasiya bolluğudur27.11.2025 - 13:10
Qırğızıstanlı nümayəndə: Media savadlılığı dezinformasiya ilə gerçək informasiyanı fərqləndirmək deyil27.11.2025 - 13:00
Alptekin Cihangir: Türkiyə-Azərbaycan media platformasına digər türk dövlətlərinin də qoşulması vacibdir27.11.2025 - 12:45
Alptekin Cihangir İşbilir: Türk dövlətlərinin vahid məlumat bazasının olmaması təəssüf doğurur27.11.2025 - 12:30
TDT Media Forumunun ilk günü başa çatıb27.11.2025 - 12:15
"Dilimizin saflığını qorumaq milli kimliyimizi qorumaq deməkdir"27.11.2025 - 12:00
Məleykə Abbaszadə və təhsil müəssisələrinin rəhbər heyəti arasında görüş baş tutub 27.11.2025 - 11:45
ADPU-da ali təhsildə keyfiyyət və müəllim hazırlığı üzrə beynəlxalq konfransların açılış mərasimi keçirilib27.11.2025 - 11:30
Fiziki məhdudiyyətli tələbələr semestr imtahanlarını necə verir27.11.2025 - 11:15
BDU-da “Azərbaycanın əmək bazarının çağırışları və perspektivləri” mövzusunda müzakirə keçirilib27.11.2025 - 11:00
Təhsil infrastrukturu yenilənməyə davam edir27.11.2025 - 10:45
Qrant ayrılmış özəl bağçalara aylıq ödəniləcək vəsaitin məbləği nə qədər olacaq?27.11.2025 - 10:30
GDU komandası regional intellektual oyunda qalib gəlib27.11.2025 - 10:15
Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib27.11.2025 - 10:00
Azərbaycan Universiteti QS Avrasiya Forumunda təmsil olunub27.11.2025 - 09:45