Telefon, sosial medianın mənəvi və akademik təsiri çoxdan müzakirə mövzusudur. Bəzən radikal həll yollarına ehtiyac olur.
“Tehsil365” xəbər verir ki, ABŞ-da valideynlər tərəfindən başlanmış “phone-free schools” hərəkatı artıq 37 ştatda tətbiq olunur. Nəticələr: sinifdə qısa müddətdə sosial və akademik performansın artmasıdır.
Bu yanaşmanın tətbiqi Azərbaycanda da fokuslanmanı və ictimai dinamikaları yaxşılaşdırmaq baxımından faydalı ola bilər.