Yazı zamanı stress keçirən uşaqlar özlərini idarə etməkdə çətinlik çəkə bilər. Bu əsnada sadəcə bir alətin rolu böyük ola bilər.
“Tehsil365” xəbər verir ki, “Petting Pen” adlı interaktiv robot qələm stres siqnallarını oxuyub, uşağı sakitləşdirir — beləliklə stressin tanınması və idarə olunmasına köməkçi olur.
Bu cihaz siniflərdə istifadə olunarsa, psixoloji sağlamlıq dəstəyi daha əlçatan və təbii hala gələr.