Türk xalq ədəbiyyatının ən parlaq simalarından biri olan Aşıq Veysəl Şatıroğlu, sazı və sözü ilə könüllərdə iz qoymuş böyük bir ustaddır. Görmə qabiliyyətini uşaqlıq illərində itirməsinə baxmayaraq, o, həyatı, sevgini, insanlığı və təbiəti dilinin ən saf və səmimi ifadələri ilə şeirlərinə köçürmüşdür. Onun yaradıcılığı, Anadolu aşıqlıq ənənəsinin ən dəyərli nümunələrindən biri olaraq, bu gün də minlərlə insanın qəlbinə toxunur. “Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Aşıq Veysəlin bənzərsiz sənət dünyasını təqdim edir:
Aşıq Veysəl Şatıroğlu (25 oktyabr 1894 – 21 mart 1973) — türk xalq aşığı, şair və saz ustasıdır. Əsl adı Veysəl Şatıroğludur və Afşar tayfasının Şatırlı obasına mənsubdur. Sivasın Şarkışla rayonuna bağlı Sivrialan kəndində anadan olmuş, kəndli bir ailənin övladı kimi böyümüşdür.
Uşaqlıqda çiçək xəstəliyinə yoluxaraq hər iki gözünü itirmişdir. Atasının ona hədiyyə etdiyi saz ilə musiqiyə maraq göstərmiş, əvvəlcə bölgədəki aşıqların mahnılarını ifa etməyə başlamışdır. 1930-cu ildə Sivas Maarif Müdiri Əhməd Kutsi Tecer ilə tanışlığı onun sənət həyatında mühüm dönüş nöqtəsi olmuşdur. Onun dəstəyi ilə bir çox bölgələri gəzmiş, xalqla görüşmüş və əsərlərini tanıtmışdır.
Aşıq Veysəl Anadolu aşıqlıq ənənəsinin son böyük nümayəndələrindən hesab olunur. Uzun illər boyunca Kənd İnstitutlarında saz müəllimi kimi çalışmış, xalq mədəniyyətinin gənc nəsillərə ötürülməsinə töhfə vermişdir. Şeirlərində sevgi, tolerantlıq, birlik, vətən sevgisi, təbiət, ölüm və həyatın mənası kimi mövzulara toxunmuşdur. Türk dilindən sadə, anlaşılan və təsirli şəkildə istifadə etmişdir.
Onun ən məşhur əsərlərinə “Uzun İnce Bir Yoldayım”, “Dostlar Beni Hatırlasın”, “Kara Toprak” və “Güzelliğin On Para Etmez” daxildir. Əsərləri Tarkan, Barış Manço, Selda Bağcan, Belkıs Akkale, Haluk Levent və daha bir çox sənətçi tərəfindən ifa olunmuşdur. 2008-ci ildə amerikalı gitarist Co Satriani “Aşık Veysel” adlı instrumental bir musiqi bəstələmişdir.
Xalqın sevgisini qazanmış Aşıq Veysəl 1973-cü ildə ağciyər xərçəngi səbəbindən vəfat etmişdir. Ardında “Deyişlər” (1944), “Sazımdan Sesler” (1950) və “Dostlar Beni Hatırlasın” (1970) adlı kitablar buraxmışdır. Ölümündən sonra “Bütün Şiirleri” (1984) adı ilə əsərləri yenidən nəşr olunmuşdur.
2022-ci ildə Türkiyə Prezidentinin “Mədəniyyət və İncəsənət Böyük Mükafatı”na “vefa” kateqoriyasında layiq görülmüş, 2023-cü il isə “Aşıq Veysəl İli” elan edilmişdir.
Aşıq Veysəl üçün həyat “uzun, ince bir yol” idi və o, bu yolun hər addımını sazının tellərinə, könlünün sözlərinə həkk etdi. Ardında buraxdığı misralar, insanlara sevgi, birlik və xoş niyyət aşılayan bir xəzinədir. Onun ən sevilən əsərlərindən biri olan “Dostlar Beni Hatırlasın”, həm bir vida, həm də dostluğa verilən böyük bir dəyərin ifadəsidir.
▪︎ DOSTLAR BENİ HATIRLASIN
| Aşik Veysel Şatiroğlu
Ben giderim adım kalır
Dostlar beni hatırlasın
Düğün olur bayram gelir
Can kafeste durmaz uçar
Dünya bir han, konan göçer
Ay dolanır yıllar geçer,
Dostlar beni hatırlasın
Canbedenden aynlacak
Tütmez baca, yanmaz ocak
Selam olsun kucak kucak
Dostlar beni hatırlasın
Ne gelsemdi, ne giderdim
Günden güne arttı derdim
Garip kalır yerim yurdum
Dostlar beni hatırlasın
Açar, solar türlü çiçek
Kimler gülmüş kim gülecek
Murat yalan, ölüm gerçek
Dostlar beni hatırlasın
Gün ikindi akşam olur
Gör ki başa neler gelir
Veysel gider adı kalır
Dostlar beni hatırlasın