Yeni tədris ili üçün məktəbəhazırlıq və I sinfə elektron qeydiyyat sürətlə davam edir. Bu barədə Tehsil365-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. İndiyədək 60 mindən çox uşaq məktəbəhazırlıq qrupuna, 125 minə yaxın uşaq isə birinci sinfə qəbul olunub.
2025-2026-cı tədris ili üçün uşaqların məktəbəhazırlıq qruplarına və I sinfə elektron qəbulu prosesi davam edir. Bu günə qədər 60 mindən çox uşağın məktəbəhazırlıq qrupuna, 125 minə yaxın uşağın isə birinci sinfə qəbulu başa çatıb.
Məktəbəhazırlıq və I sinfə qəbul üçün valideynlər mektebeqebul.edu.az portalında şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, həmçinin ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər..