Təhsil 365 - Logo Mobile

Sinifdən ekranlara: Təhsil yolunu dəyişir

16211.08.2025 - 10:03
Sinifdən ekranlara: Təhsil yolunu dəyişir

"Tehsil365"in bu dəfəki qonağı təhsil eksperti Rizvan Fikrətoğlu oldu. O, mövcud təhsil modelinin üstünlükləri, çatışmazlıqları və verdiyi imkanlar haqqında danışaraq, ənənəvi məktəb sistemindən kənarda bilik qazanma yolları, ömürlük öyrənmə mədəniyyəti və gənclərin real həyat təcrübələrinin əhəmiyyətinə dair fikirlərini bölüşdü:

Müasir təhsilin məkanı və forması necə dəyişir?

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, müasir dünyada təhsil anlayışı artıq məktəb binası ilə məhdudlaşmır. İnsanlar yeni bilik və bacarıqları ənənəvi sinif otaqlarından kənarda – onlayn platformalar, Zoom dərsləri, təhsil saytları və beynəlxalq onlayn akademiyalar vasitəsilə əldə edirlər. Hibrid mühitlər – həm fiziki, həm də onlayn dərslərin birləşməsi – xüsusilə dünya universitetlərində geniş yayılıb.

Bundan əlavə, iş yerində praktiki öyrənmə, sosial mediadan bilik əldə etmə, YouTube dərsləri, podkastlar, bloqlar, hətta TikTok-da təlim videoları insanların yeni bacarıqlar qazanmasına şərait yaradır. Fikrətoğlu vurğulayır ki, fərdiləşmiş təhsil, layihə əsaslı öyrənmə, ömür boyu təhsil, mikro-sertifikatlar və nano kurslar müasir dövrdə ən aktual təhsil formatlarıdır:

—"İndi öyrənmək üçün kitabxanaya getmək və ya dərs zəngini gözləmək lazım deyil. Cibimizdəki telefon belə universitet təhsili verə bilər.”

Ekspertə görə, insanların ömür boyu öyrənmə prosesinə qoşulması üçün təhsil həm maraq oyatmalı, həm də asan əldə olunan formatda olmalıdır. Bunun üçün dərslər real həyat nümunələri ilə əlaqələndirilməli, oyun elementləri (bal toplama, səviyyə keçmə, yarışma) əlavə olunmalı və öyrənilən bilik dərhal tətbiq edilə biləcək şəkildə təqdim edilməlidir.

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, məktəb dərslərindən kənar qazanılan bilik və təcrübələr gənclərin gələcək karyerası və şəxsi inkişafı üçün bəzən ən az nəzəri bilik qədər, hətta ondan da çox əhəmiyyət daşıyır.

Bu cür fəaliyyətlər gənclərə praktiki bacarıqlar, peşəkar əlaqələr (şəbəkə), adaptasiya qabiliyyəti, yaradıcı düşüncə, liderlik və özünəinam qazandırır. Məsələn:

▪︎Praktiki bacarıqlar:Könüllülük fəaliyyəti, startap layihələri və təcrübə proqramları gəncin əmək bazarına hazırlıqlı şəkildə daxil olmasına şərait yaradır. Bu yolla yalnız nəzəri bilik deyil, real iş prosesinə dair təcrübə də əldə olunur.”

▪︎Şəbəkə qurmaq: “Tədbirlər, layihələr və yarışlarda iştirak gənclərə yeni tanışlıqlar qazandırır. Bu əlaqələr gələcəkdə əməkdaşlıq və iş imkanları yaradaraq karyera yolunu açır.”

▪︎Adaptasiya qabiliyyəti:Dəyişən mühit və fərqli situasiyalara tez uyğunlaşmaq bacarığı formalaşır ki, bu da müasir iş dünyasında böyük üstünlükdür.”

▪︎Yaradıcı yanaşma:Dərsdən kənar fəaliyyətlər gənclərə problemlərə yeni baxış bucağından yanaşma və fərqli həll yolları tapmaq vərdişini aşılayır.”

▪︎ Özünəinam və liderlik:Sosial layihələrdə iştirak, komanda işi, layihə idarəetmə bacarıqları və auditoriya qarşısında çıxış təcrübəsi gənci daha inamlı edir.”

Fikrətoğlu real nümunələrə də toxunur:

Məsələn, Mark Zukerberq universitetdə oxuyarkən dərs prosesindən kənarda yataqxanada Facebook-u qurdu və bu təşəbbüs qlobal uğura çevrildi. Azərbaycanda isə “ASAN Könüllülər” və “Bir Könüllü” layihələri gənclərə həm bacarıq qazandırır, həm də işə qəbulda üstünlük verir. Digər nümunə olaraq, məktəb illərində proqramlaşdırma üzrə beynəlxalq yarışlarda qalib gələn gənclərin xarici şirkətlərdən iş təklifləri almaları göstərilə bilər.”

Ekspertin fikrincə, dərsliklər nəzəri bünövrədirsə, məktəbdən kənar təcrübələr bu bünövrənin üzərində inşa edilən real həyat binasıdır. İkisi birlikdə güclü olduqda gəncin gələcək uğuru daha təminatlı olur.

Ekspert müasir təhsil üçün optimal tarazlıq modelini belə təqdim edir:

60%ənənəvi təhsil (möhkəm nəzəri baza)

25%əlavə kurslar, təlimlər, praktiki ixtisaslaşma

15% özünütəhsil (yaradıcılıq və fərdi inkişaf)

Fikrətoğluna görə, baza + tətbiq + yaradıcılıq üçlüyü insanın bilik və bacarıqlarını ən effektiv şəkildə inkişaf etdirir:

—”Məktəb mənə təməl verir, kurslar həmin təməl üzərində binanı tikir, özünütəhsil isə o binanı mənə məxsus edir—deyə öz fikirlərini bölüşüb.”

Fəridə Sadıqzadə

Xəbər Lenti

Taksi sürücüləri üçün imtahan keçiriləcək17.01.2026 - 13:39
Alimlərimizin növbəti məqaləsi yüksək impakt-faktorlu jurnalda17.01.2026 - 13:24
Fəlsəfə və Sosiologiya İnstitutunda Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub - FOTO17.01.2026 - 13:12
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir17.01.2026 - 12:57
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib17.01.2026 - 12:42
Bu gün Uşaq ixtiraları günüdür17.01.2026 - 12:27
Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur17.01.2026 - 12:15
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17.01.2026 - 12:00
Qırmızı kürünün faydaları: Düzgün seçim qaydaları17.01.2026 - 11:49
Təhsilini bitirməyənlərin nəzərinə - İmtahan olacaq17.01.2026 - 11:36
​Bu məktəbin iki şagirdi var17.01.2026 - 11:24
Məktəblərdə üç fənn birləşir17.01.2026 - 11:12
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər17.01.2026 - 11:00
Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək17.01.2026 - 10:48
Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 10:35
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri 17.01.2026 - 10:20
Kollecə direktor təyin edildi17.01.2026 - 10:08
Rayonlarda distant təhsil başlayır17.01.2026 - 09:56
Bu smartfonlarda süni intellekt pulsuz olacaq17.01.2026 - 09:41
İlham Əliyev bayramlarla bağlı fərman imzaladı17.01.2026 - 09:28
Azərbaycanda bu sahələr üzrə müəllim tapılmır17.01.2026 - 09:17
Daha bir ölkədə “Novruz” milli bayram elan edildi17.01.2026 - 09:05
Azərbaycanlı tələbə Türkiyədə qəfil vəfat edib 17.01.2026 - 08:58
LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib17.01.2026 - 08:40
Yer kürəsinin ən böyük çay deltaları dayazlaşır17.01.2026 - 08:29
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 08:14
AzMİU ilə “Azərisitiliktəchizat” ASC arasında birgə fəaliyyət imkanları müzakirə edilib17.01.2026 - 07:59
BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib17.01.2026 - 07:46
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək17.01.2026 - 07:30
Hakerlər "Bluetooth" vasitəsilə insanları izləyə bilərlər - XƏBƏRDARLIQ17.01.2026 - 07:14
Həkim: "İndiki uşaqlar infeksiyalarla daha tez-tez qarşılaşırlar"17.01.2026 - 07:00
Astronomlar kosmosda dəmirdən "lent" aşkar ediblər17.01.2026 - 06:48
"ChatGPT" insan beyninə yerləşdiriləcək17.01.2026 - 06:39
ADU-nun Konfutsi İnstitutu Biləsuvarda təhsil əlaqələrini genişləndirir17.01.2026 - 06:27
AzTU beynəlxalq mübadilə proqramlarını genişləndirir17.01.2026 - 06:08
Bu gün hava necə olacaq? 17.01.2026 - 05:52
İki azyaşlı dəm qazdan zəhərlənib17.01.2026 - 05:29
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğurla çıxış ediblər17.01.2026 - 05:10
Müəllimlərin əmək məzuniyyətinin qaydası DƏYİŞDİRİLDİ17.01.2026 - 04:59
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi17.01.2026 - 04:48
Azərbaycanda tanınmış həkim vəfat etdi17.01.2026 - 04:30
NDU-da payız semestrinin imtahan sessiyası ilə bağlı görüş keçirilib - FOTO16.01.2026 - 16:50
Azərbaycan sosial mediada “Instagramı” seçdi - Statistika16.01.2026 - 16:40
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi16.01.2026 - 16:30
“Bakcell” və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTOLAR16.01.2026 - 16:20
Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib16.01.2026 - 16:10
"Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir16.01.2026 - 16:02
Suriyadan Azərbaycan vətəndaşı olan ana və 4 övladı ölkəyə gətirilib16.01.2026 - 15:56