Naxçıvan Dövlət Universiteti tələbələrinin akademik və sosial rifahını prioritet hesab edir.
“Tehsil365” xəbər verir ki, Universitetdə tələbələr üçün 42 fərqli təqaüd proqramı fəaliyyət göstərir. Ən yüksək bal toplayan tələbələrə aylıq 800 manata qədər təqaüd verilir ki, bu da Prezident təqaüdü (350 AZN), əlaçı təqaüdü (200 AZN) və əlavə təqaüdləri əhatə edir.
650 və daha çox bal toplayanlar 250 AZN, 600-649 bal arası nəticə göstərənlər isə 200 AZN aylıq təqaüd əldə edə bilər. 600-dən yuxarı bal toplayan tələbələr NDU-nun Tələbə Evindən ödənişsiz istifadə imkanına malikdirlər.
Valideyn himayəsindən məhrum olanlar və şəhid ailəsi statusu olanlar üçün xüsusi təqaüd əlavələri tətbiq olunur. Müəllimlik ixtisasını seçən 500 baldan yuxarı nəticə göstərən tələbələr “Gələcəyin müəllimi” təqaüdünə layiq görülürlər. Bundan başqa, sahibkar, hüquqşünaslıq, stomatologiya və digər ixtisaslarda da xüsusi təqaüd proqramları mövcuddur.
Naxçıvan Dövlət Universiteti tələbələrinin beynəlxalq mübadilə imkanlarını artırmaq və sosial təminatını gücləndirmək üçün daima iş aparır.

