Təhsil 365 - Logo Mobile

Yahudi əsilli Azərbaycan qəhramanı kimdir?

6123.09.2023 - 18:00
Yahudi əsilli Azərbaycan qəhramanı kimdir?

Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və şücaəti Birinci Qarabağ müharibəsində özünü bir daha göstərdi. Vətən savaşında ölkəmizin ərazi bütövlüyü uğrunda igidlik göstərən, şəhidlik zirvəsinə yüksələn şahin oğullarımızın hər biri ən çətin məqamda erməni daşnaklarına qarşı mərdliklə vuruşmuş, hər qarış torpağı göz bəbəyi kimi qorumuşlar. Düşmən gülləsinə sinəsini sipər edən, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Vətən oğullarından biri də Aqarunov Albert Aqarunoviçdir.

     25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkkizinci sinfini bitirib, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. O, 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Gürcüstanın Axalkalaki rayonunda xidmətə başlayan Albert starşina rütbəsi alaraq tank komandiri olmuşdur. 1989-cu ildə ordudan tərxis olunub, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir. Müharibənin qızğın vaxtında Albert könüllü olaraq cəbhəyə yollanır. O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksəkixtisaslı tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanır. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edir.

Şuşa-Laçın yolu... 1992-ci il... Mayın 8-i... Səhər tezdən düşmən tankları görünür. Ermənilər Laçına gedən yolu kəsməklə Şuşanı tam mühasirəyə almaq istəyirdi. Albert döyüş əmri alır və dərhal tankını həmin səmtə yönəldir. Erməni tankları ilə aradakı məsafə getdikcə daralırdı. Fürsəti əldən verməmək üçün o, tankın sürətini daha da artırır və sərrast atəşlə düşmənin öndə gələn tankını məhv edir. Bu uğurundan ruhlanan Albert daha bir tankı alova qərq edir. Döyüşdə neçə-neçə düşmən texnikası sıradan çıxarılır. Albert yenidən həmləyə keçməyə can atırdı. Ancaq buna macal tapmadı. Snayper gülləsi igid tankçını haqlayır. Albert döyüş meydanında mərdliklə həlak oldu. O Subay idi. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.

Əli Ələkbərov

Elmina Muxtarlı

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45