Təhsil 365 - Logo Mobile

Qabilin 99 illiyi: Azərbaycan poeziyasının görkəmli siması

11612.08.2025 - 08:10
Qabilin 99 illiyi: Azərbaycan poeziyasının görkəmli siması

Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin doğum günüdür.

“Tehsil365” xəbər verir ki, bu gün Xalq şairinin anadan olmasının 99-cu ildönümü tamam olur.

Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.

O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib.

Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adi şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.

Onu hər zaman sevdirən şeirlərindən biri də “Səhv düşəndə yerimiz” adlanır. 1969-cu ildə yazılan bu şeir zaman keçdikcə gündən-günə müasirləşib. Nəsillər dəyişdikcə bu gün də cavanlaşmaqda davam edir.

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda, həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.

Heç bir vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən, nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.

Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.

Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.

Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.

Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.

2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaq.

Zəhra Əliyeva

Xəbər Lenti

Beyin nə vaxt tam formalaşır?01.04.2026 - 17:20
WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı01.04.2026 - 17:18
Psixoloq Nabat Mirzəyeva: Travma unudulmur, sadəcə formasını dəyişir01.04.2026 - 17:15
"Vikipediya" süni intellekt tərəfindən yazılmış məqalələri qadağan edib01.04.2026 - 17:15
UNEC-də “Elm günləri”: akademik varislik, innovasiya və Qarabağ Universitetinə dəstək missiyası01.04.2026 - 17:12
Jurnalistikanın cəmiyyətin formalaşmasında rolu01.04.2026 - 17:06
Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək01.04.2026 - 17:05
Bahar Muradova: “Yüksəliş” müsabiqəsi istedadlı və bacarıqlı kadrların inkişafında mühüm rol oynayır01.04.2026 - 17:04
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edəcək01.04.2026 - 17:00
Qərbi Kaspi Universitetində tələbələrdən niyə ödəniş tələb edilir? – Araşdırmalar başladı01.04.2026 - 16:55
MDU və "Mingəçevir SES Silsiləsi" birlikdə mütəxəssis yetişdirəcək01.04.2026 - 16:45
“Maarifçi” təcrübə proqramına qeydiyyat başa çatıb01.04.2026 - 16:35
Məzahir Məmmədli: “Birinci siniflərin adaptasiyasının yeganə yolu məktəbəqədər təhsil müəssisələrinin sayını artırmaqdır”01.04.2026 - 16:22
Hansı qeyri-pedaqoji ixtisasların məzunları MİQ-də iştirak edə biləcək? 01.04.2026 - 16:17
Adil Qeybulla: “İsti və günvurma zamanı istilik tənzimi mexanizmləri pozulur”01.04.2026 - 16:17
BMU ilə 4SİM arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub01.04.2026 - 16:15
Buraxılış imtahanında 50 minə yaxın şagird iştirak edəcək01.04.2026 - 16:08
“Sağlam məktəbli”: Enerji içkiləri məktəbli orqanizminin qaldıracağı yük deyil 01.04.2026 - 16:05
ADNSU-da “Müasir texnologiyanın logistikada həlləri” mövzusunda təlim keçirilib01.04.2026 - 16:00
Fəaliyyəti müvəqqəti dayandırılan məktəbin şagirdləri hansı məktəbə köçürüldülər?01.04.2026 - 15:50
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı01.04.2026 - 15:40
Naxçıvanda ikinci dövriyyə üzrə sertifikatlaşdırma imtahanlarının tarixi bilindi01.04.2026 - 15:30
UNEC-dən təşəbbüs: Qarabağ Universitetinə 500 kitab hədiyyə edildi01.04.2026 - 15:20
Süni intellekt distant təhsildə yeni mərhələ yaradır01.04.2026 - 15:10
UNEC-də “Elm günləri”: akademik varislik, innovasiya və Qarabağ Universitetinə dəstək missiyası01.04.2026 - 15:00
İdeyadan gerçəkliyə: Fəxrəddin Verdiyevin memarlıq yolu01.04.2026 - 15:00
Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat elan edilir01.04.2026 - 14:49
MİQ üzrə müsabiqəyə buraxılacaq qeyri-pedaqoji ixtisasların siyahısı müəyyənləşib01.04.2026 - 14:34
ADAU və Ege Universiteti arasında elmi-akademik əlaqələr möhkəmlənir01.04.2026 - 14:23
Əlli minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək01.04.2026 - 14:12
Elm və təhsil naziri Qusarda vətəndaşların müraciətlərini dinləyəcək01.04.2026 - 14:01
Ekspert: Azərbaycanda ali təhsil alan tələbə sayı ölkə əhalisinin 2.4 faizini təşkil edir01.04.2026 - 13:50
İstifadə müddəti bitmiş dərmanların yeni tətbiq sahələri araşdırılıb01.04.2026 - 13:39
“Azərbaycan Mədəniyyəti-2040”: Müasir mədəni inkişaf modeli və dövlət siyasətinin strateji çərçivəsi01.04.2026 - 13:28
Gənclərdə vaxtın düzgün idarə olunmasının sosial həyata təsiri 01.04.2026 - 13:19
Rəqəmsal ideya müsabiqəsinə başlanılır01.04.2026 - 13:18
Texnologiyanın insan münasibətlərinə təsiri01.04.2026 - 13:14
Rezidenturaya hazırlaşanlar üçün sınaq imtahanı təşkil ediləcək01.04.2026 - 13:07
BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub.01.04.2026 - 12:59
BDU-da ətirli yovşan bitkisi vasitəsilə alınan metal nanohissəciklərin xüsusiyyətləri araşdırılır01.04.2026 - 12:48
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar01.04.2026 - 12:37
BMU-da “Apple” Səlahiyyətli Təlim Mərkəzinin yaradılması layihəsi yekunlaşmaq üzrədir01.04.2026 - 12:25
Rəqəmsallaşma dövrünün çağırışları - Ədəbiyyat İnstitutunda elmi seminar01.04.2026 - 12:17
“Lələtəpə uğrunda döyüşlərdə düşməni geri çəkilməyə məcbur etdik” – Aprel döyüşlərinin iştirakçısı danışır01.04.2026 - 09:55
BMU-da 31 mart soyqırımı ilə bağlı açıq dərslər keçirilib01.04.2026 - 09:47
Bu qidalar ürək üçün təhlükəlidir01.04.2026 - 09:40
ADU-da 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib01.04.2026 - 09:31
Əzbərçilik tarixə qovuşur: imtahanlarda yeni model tətbiq olunacaq01.04.2026 - 09:25