Təhsil 365 - Logo Mobile

ADU-nun müəllimləri Dünya Fransız dili Müəllimlərinin XVI Qurultayında olublar

7412.08.2025 - 19:38
ADU-nun müəllimləri Dünya Fransız dili Müəllimlərinin XVI Qurultayında olublar

Fransanın Bezanson şəhərində Dünya Fransız dili Müəllimlərinin XVI Qurultayı keçirilib. Dörd ildən bir dünyanın müxtəlif qitəsində/ölkəsində keçirilən qurultaya bu dəfə Fransanın Bezanson şəhəri ev sahibliyi edib (XVII qurultay 2029-cu ildə Hindistanda nəzərdə tutulur).

Bu haqda ADU’dan “Tehsil365”ə bildirilib ki, qurultayda ölkəmizi Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Gülbəniz Camalova, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müəllimi Aynur Cəbiyeva, və İngilis və fransız dili fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Məqami və baş müəllim Xatirə Qarazadə təmsil ediblər.

Qurultayda Gülbəniz Camalova “Hər bir fransız dili dərsi dil və linqvistik müxtəlifliyi əks etdirən mədəniyyətlərin kəsişməsidir” (“Chaque cours du français est un carrefour de cultures montrant les diversités langagières et linguistiques ») mövzusunda çıxış edib, iştirakçı müəllimlər panel müzakirələrinə, sərgilərə, atöliyelərə qoşulmuş, qurultayın işində fəallıq göstərmiş və sertifikatlar alıblar.

9-21 iyul 2025-ci il tarixlərində Fransada olan müəllimlər, qurultayda iştirak etdikdən sonra 3 gün Paris şəhərində olub, Azərbaycanın Fransadakı Səfirliyinin 18 iyul saat 16.00 - da təşkil etdiyi Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət evində rəsmi görüşdə olublar.

Nümayəndə heyətini Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət işləri üzrə Attaşesi Nigar xanım Hüseynova qəbul edib.

Fransanın Azərbaycandakı sabiq səfiri Jean Pier Ginüt, keçmiş müşavir Gi Şovalier görüşdə iştirak edib, Azərbaycanda işlədikləri dövrlə bağlı maraqlı, unudulmaz xatirələrini nümayəndə heyəti ilə bölüşüblər.

Nümayəndə heyətinin Bakıdan apardığı hədiyyələr həmçinin, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitetin professoru, Fransız dilinin Leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Gülnarə Sadıxovanın rəhbərliyi ilə universitetin müəllimlər qrupu tərəfindən hazırlanmış "Découvrons l'Azerbaidjan" adlı dərs vəsaiti qonaqlara təqdim olunub.

Ümumilikdə bu kitabdan (11 ədəd) qurultayda iştirak edən, müxtəlif qitələrdən gələn, nümayəndə heyətinə, tanınmış rəhbər və pedaqoqlara hədiyyə olunub.

Səfər ərzində təşkil olunmuş bu maraqlı görüşə görə Parisdəki Azərbaycan səfirliyinə, xüsusilə Səfir Leyla Abdullayevaya, Mədəniyyət Attaşesi Nigar Hüseynovaya minnətdarlıq bildirilib.

Züleyxa Allahverdiyeva

Xəbər Lenti

Ərəb mətbuat dili dərs vəsaiti nəşr olunub15.08.2025 - 19:00
BMU məzunu təhsilini Qlazqo Universitetində davam etdirəcək15.08.2025 - 18:45
BMU-İNHA İDP üzrə qəbul planı 96 faiz dolub15.08.2025 - 18:30
E-dərs jurnalları ilə təhsil idarəetməsinin asanlaşması15.08.2025 - 18:20
ADNSU tələbələri “Yaşıl Gənclik” yay məktəbində iştirak ediblər15.08.2025 - 18:15
Titanik: Dərinliklərdə Tapılan Faciənin Sirri15.08.2025 - 18:15
Filarmoniyada Maestro Niyazinin doğum günü konserti keçiriləcək15.08.2025 - 18:05
Bermud Üçbucağı: Əfsanə ilə Reallığın Kəsişdiyi Sirli Bölgə15.08.2025 - 18:00
ADNSU və Vorvik Universitetinin ikili diplom proqramı tələbələri UKBIC tədqiqat mərkəzini ziyarət ediblər15.08.2025 - 18:00
Onlayn tədqiqat qruplarına qoşulma yolları15.08.2025 - 17:50
Avropanı Dəyişdirən Lider: Napoleon Bonapartın Həyatı və Uğurları15.08.2025 - 17:50
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib15.08.2025 - 17:45
Ali təhsildə “microlearning” trendi15.08.2025 - 17:42
Gənclərin vətənpərvərlik ruhunun formalaşmasında filmlərin və ictimai təşkilatların rolu: “Vətən Dastanı” nümunəsi15.08.2025 - 17:41
Onlayn laboratoriya simulyasiyaları15.08.2025 - 17:38
15 Avqust 1945 – İkinci Dünya Müharibəsi Rəsmi Bitdi15.08.2025 - 17:32
Xaricdə təhsil üçün təqaüd axtarma strategiyaları15.08.2025 - 17:30
ADU-nun müəllimi beynəlxalq ixtisasartırma proqramını uğurla başa vurub15.08.2025 - 17:30
Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazandı15.08.2025 - 17:21
İnteraktiv xəritələrlə coğrafiya öyrənmək15.08.2025 - 17:21
Azərbaycanlı gənc idmançılar Qazaxıstanda uğur qazanıblar15.08.2025 - 17:16
Ali məktəblərdə “hackathon” mədəniyyəti15.08.2025 - 17:12
BDU-da Pakistan səfiri və NUST Universitetinin rəsmisi ilə görüş15.08.2025 - 17:10
Qum kənd bazilikasına maarifləndirici ekskursiya təşkil olunub15.08.2025 - 17:09
Təhsil mövzusunda TED çıxışlarının tələbələrə təsiri15.08.2025 - 17:04
Aqronom texnik ixtisası üzrə ödənişsiz təlimə qeydiyyat başlayıb15.08.2025 - 17:00
Onlayn təhsil diplomlarının beynəlxalq tanınması15.08.2025 - 17:00
Məktəbli formalarının qiymətləri: endirimlər, keyfiyyət və təhlükələr15.08.2025 - 16:55
Səsli kitab platformalarının təhsildə istifadəsi15.08.2025 - 16:53
Universitetlərdə rus dilli bölmələr bağlana bilər?15.08.2025 - 16:50
Universitet tələbələri üçün debat yarışmaları15.08.2025 - 16:47
“Notion” tətbiqi ilə dərs qeydlərini təşkil etmək15.08.2025 - 16:40
Elmi məqalələr üçün pulsuz şəkil və qrafik bazaları15.08.2025 - 16:36
Kodlaşdırma öyrənmək üçün ən yaxşı pulsuz saytlar15.08.2025 - 16:22
Süni intellektlə xarici dil öyrənmənin yeni üsulları15.08.2025 - 16:15
"Müasir tələbələr iş axtaran yox, iş quran ruhda olmalıdır" – Ekspert Eldəniz Əmirov15.08.2025 - 16:13
Virtual reallıqla tarix dərsləri15.08.2025 - 16:10
Müəllimlərin işə qəbulu müsahibəsi üçün vacib sənədlər açıqlanıb15.08.2025 - 16:00
ABŞ federal məhkəməsi təhsil inklüzivliyini qorudu15.08.2025 - 15:56
Tələbələr iqtisadi uğur qazanmaq üçün hansı bacarıqları inkişaf etdirməlidir?15.08.2025 - 15:42
ABŞ-da tələbə dəyişimi və beynəlxalq proqramlarına dəstək azalır15.08.2025 - 15:42
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb15.08.2025 - 15:40
Müəllimlər üçün yeni güzəşt kartı: üstünlüklər və sosial faydalar15.08.2025 - 15:20
Hindistanda universitetlər radio və səsli media təhsili gücləndirir15.08.2025 - 15:17
Hindistan gənclərini iş dünyasına hazırlayan innovasiya laboratoriyaları15.08.2025 - 15:12
Virtual səyahət: Cəlilabad Dövlət Peşə təhsil mərkəzinin yataqxanası15.08.2025 - 15:00
Rusiyada məktəblər üçün 30 fərqli dərs proqramı təqdim edildi15.08.2025 - 14:57
Dünyanın ən bahalı 6 internat tipli məktəbi İsveçrədə yerləşir15.08.2025 - 14:44