Təhsil 365 - Logo Mobile

Məzahir Məmmədli: “Xarici təcrübə təhsildə milli standartlara uyğunlaşdırılmadan tətbiq olunur”

27214.08.2025 - 13:01
Məzahir Məmmədli: “Xarici təcrübə təhsildə milli standartlara uyğunlaşdırılmadan tətbiq olunur”

Azərbaycanda təhsil sistemində xarici təcrübənin yerli reallıqlara uyğunlaşdırılmadan tətbiq olunması məsələsinə təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”ə verdiyi müsahibədə aydınlıq gətirib.O, bildirib ki, müasir dünyada “ənənəvi məktəb” anlayışı artıq inkişaf etmiş ölkələrin təcrübəsindən götürülərək tətbiq olunur:

“Məsələn, Azərbaycanda kurikulum sistemi Amerikadan öyrənilərək tətbiq edilməyə başladı. Müasir dünyada hansı ölkənin təhsil sistemi daha inkişaf edibsə, ona maraq artır və həmin modeldən yararlanmağa çalışırlar.

Təəssüf ki, bu prosesdə yerli reallıqlar çox vaxt nəzərə alınmır. Azərbaycanda mövcud kurikuluma alternativ, fərqli bir model qurmaq olardı: təcrübəni götürüb müasirləşdirmək, təkmilləşdirmək və milli standartlara uyğunlaşdırmaq.

Hazırda Avropa standartlarına görə iki alan şagirdlər də attestat alırlar. Bu isə mənfi tendensiyadır. Akademik göstəricisi və davamiyyəti zəif olan şagird belə nəticədə attestat əldə edir.

Düşünürəm ki, təhsil formalarının dəyişməsi zamandan və inkişaf səviyyəsindən asılıdır. Bu gün artıq şagirdlər dərsliklərdən çox internet və digər resurslar vasitəsilə beynəlxalq təcrübəyə çıxış əldə edə bilirlər. Xüsusilə istedadlı şagirdlər özlərini asanlıqla sübut edə bilirlər".

Ekspert əlavə edib ki, ömürboyu təhsil anlayışına da Azərbaycan prizmasından baxmaq lazımdır:

"Azərbaycanda karyera hədəfi çox vaxt bakalavr və magistr pilləsi ilə məhdudlaşır. Bundan sonra 'Allah kərimdir' prinsipi ilə iş tapmaq düşünülür. Elm dalınca getmək artıq prestijli sayılmır. Əsas səbəb isə elmi araşdırma ilə məşğul olan gənclərə təminat verilməməsidir – nə mənzil, nə də əlavə imtiyazlar mövcuddur. Onlar sadəcə ayda 500-600 manata qane olub ailə dolandırmaq məcburiyyətində qalırlar. Ailənin maddi yükü əsasən kişilərin üzərində olduğundan elm sahəsinə yönələnlərin sayı azalır.

Bu gün dərsdən kənar bilik əldə etmək əsasən repetitor yanında və ya internet üzərindən baş verir. Özünü inkişaf etdirmək istəyən gənclər daha çox bu yolları seçirlər".

Onun sözlərinə görə, repetitorluq ənənəsi də xaricdən gəlmədir və bu halın artmasının əsas səbəblərindən biri Dövlət İmtahan Mərkəzinin qəbul qaydalarının mürəkkəbliyidir:

"Qaydalar nə qədər çətin olsa, şagirdlər bir o qədər repetitor yanına üz tutacaqlar. Repetitorluğun qarşısını almağın yeganə yolu imtahan qaydalarının sadələşdirilməsi və qəbul prosesində alternativ mexanizmlərin tətbiqidir.

Məsələn, prestijli fakültələrə pulsuz daxil olmaq istəyənlər Dövlət İmtahan Mərkəzi xətti ilə imtahan versinlər. Amma potensialı və biliyi yüksək nəticəyə çatmayanlar attestatla qəbul olunaraq təhsil ala bilsinlər. Təhsil almaqda çətinlik çəkənlər isə subbakalavr dərəcəsi əldə edib və ya texniki-peşə məktəblərinə yönəlsinlər.

Bu yanaşma həm intiharların, həm də özgüvənsizliyin qarşısını ala bilər. Çünki hər kəs universitetə qəbul olmaq istəyir. Məsələn, bu il 60 min 500 yerə qarşı 130 min abituriyent sənəd verib və onların yarısı kənarda qalacaq"- deyə təhsil eksperti vurğulayıb.

Fəridə Sadıqzadə

Xəbər Lenti

Taksi sürücüləri üçün imtahan keçiriləcək17.01.2026 - 13:39
Alimlərimizin növbəti məqaləsi yüksək impakt-faktorlu jurnalda17.01.2026 - 13:24
Fəlsəfə və Sosiologiya İnstitutunda Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub - FOTO17.01.2026 - 13:12
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir17.01.2026 - 12:57
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib17.01.2026 - 12:42
Bu gün Uşaq ixtiraları günüdür17.01.2026 - 12:27
Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur17.01.2026 - 12:15
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17.01.2026 - 12:00
Qırmızı kürünün faydaları: Düzgün seçim qaydaları17.01.2026 - 11:49
Təhsilini bitirməyənlərin nəzərinə - İmtahan olacaq17.01.2026 - 11:36
​Bu məktəbin iki şagirdi var17.01.2026 - 11:24
Məktəblərdə üç fənn birləşir17.01.2026 - 11:12
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər17.01.2026 - 11:00
Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək17.01.2026 - 10:48
Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 10:35
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri 17.01.2026 - 10:20
Kollecə direktor təyin edildi17.01.2026 - 10:08
Rayonlarda distant təhsil başlayır17.01.2026 - 09:56
Bu smartfonlarda süni intellekt pulsuz olacaq17.01.2026 - 09:41
İlham Əliyev bayramlarla bağlı fərman imzaladı17.01.2026 - 09:28
Azərbaycanda bu sahələr üzrə müəllim tapılmır17.01.2026 - 09:17
Daha bir ölkədə “Novruz” milli bayram elan edildi17.01.2026 - 09:05
Azərbaycanlı tələbə Türkiyədə qəfil vəfat edib 17.01.2026 - 08:58
LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib17.01.2026 - 08:40
Yer kürəsinin ən böyük çay deltaları dayazlaşır17.01.2026 - 08:29
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 08:14
AzMİU ilə “Azərisitiliktəchizat” ASC arasında birgə fəaliyyət imkanları müzakirə edilib17.01.2026 - 07:59
BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib17.01.2026 - 07:46
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək17.01.2026 - 07:30
Hakerlər "Bluetooth" vasitəsilə insanları izləyə bilərlər - XƏBƏRDARLIQ17.01.2026 - 07:14
Həkim: "İndiki uşaqlar infeksiyalarla daha tez-tez qarşılaşırlar"17.01.2026 - 07:00
Astronomlar kosmosda dəmirdən "lent" aşkar ediblər17.01.2026 - 06:48
"ChatGPT" insan beyninə yerləşdiriləcək17.01.2026 - 06:39
ADU-nun Konfutsi İnstitutu Biləsuvarda təhsil əlaqələrini genişləndirir17.01.2026 - 06:27
AzTU beynəlxalq mübadilə proqramlarını genişləndirir17.01.2026 - 06:08
Bu gün hava necə olacaq? 17.01.2026 - 05:52
İki azyaşlı dəm qazdan zəhərlənib17.01.2026 - 05:29
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğurla çıxış ediblər17.01.2026 - 05:10
Müəllimlərin əmək məzuniyyətinin qaydası DƏYİŞDİRİLDİ17.01.2026 - 04:59
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi17.01.2026 - 04:48
Azərbaycanda tanınmış həkim vəfat etdi17.01.2026 - 04:30
NDU-da payız semestrinin imtahan sessiyası ilə bağlı görüş keçirilib - FOTO16.01.2026 - 16:50
Azərbaycan sosial mediada “Instagramı” seçdi - Statistika16.01.2026 - 16:40
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi16.01.2026 - 16:30
“Bakcell” və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTOLAR16.01.2026 - 16:20
Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib16.01.2026 - 16:10
"Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir16.01.2026 - 16:02
Suriyadan Azərbaycan vətəndaşı olan ana və 4 övladı ölkəyə gətirilib16.01.2026 - 15:56