Təhsil 365 - Logo Mobile

“Erkən nikah gəncləri özünütəcridə sürükləyir” – Psixoloqdan acı reallıq

24214.08.2025 - 13:19
“Erkən nikah gəncləri özünütəcridə sürükləyir” – Psixoloqdan acı reallıq

Psixoloq Mirzəyeva “Tehsil365”ə müsahibəsində erkən nikahın gənclərdə depressiya, gələcək qorxusu və sosial təcrid yaratdığından danışıb.Onun sözlərinə görə, bu vəziyyət gənclərdə stress, gələcək qorxusu, özünə inamsızlıq, depressiya və dostlardan uzaqlaşma kimi ciddi fəsadlara yol açır.

Nabat xanım bildirib ki, təhsildən yayınan gənclər böyük stress yaşayır və bu stressin əsas mənbəyi gələcək qayğısıdır:

"Bu stress nəticəsində depressiya, təşviş, panikataka, diqqət çatışmazlığı, ailədaxili konfliktlər və sosial təcrid yaranır. İnsan artıq mühitə çıxmaq istəmir, özünə qapanır və psixoloji gərginlik artır."

Psixoloqun sözlərinə görə, erkən nikah gənclərin üzərinə vaxtından əvvəl maddi və mənəvi məsuliyyət qoyur ki, bu da onların sosial mühitdən uzaqlaşmasına səbəb olur:

"İnsan hələ uşaqkən böyüklərin yükünü daşımağa başlayır. Bu, dostlardan uzaqlaşma, sosial təcrid və ailədaxili gərginlik yaradır. Valideynlər isə yetkinləşməmiş övladlarından böyüklər kimi davranmağı gözləyirlər."

Erkən nikahdan qorunma yollarına toxunan mütəxəssis qeyd edib ki, gənclərin özünü tanıması və qərarvermə bacarıqlarını inkişaf etdirməsi vacibdir:

"Gənclərə ‘yox’ demək bacarığı, stresslə mübarizə və düzgün qərarvermə yolları öyrədilməlidir. Maarifləndirmə tədbirlərində real həyat nümunələri və faktlar təqdim olunmalıdır."

Nabat xanım vurğulayıb ki, erkən nikah gəncin gələcək planlarını da ciddi şəkildə məhdudlaşdırır:

"Gənc artıq özünü bütün məsuliyyətləri daşıyan biri kimi görür, gələcək arzularından uzaqlaşır, həyata inamı azalır. Belə insanlara yaşadıqları hadisələri stimul kimi görməyi, kiçik də olsa hədəflərə doğru addım atmağı öyrətmək lazımdır."

Psixoloq əlavə edib ki, erkən nikahın uzunmüddətli təsirləri arasında dəyərsizlik hissi, diqqət dağınıqlığı, sosial təcrid və insanlara qarşı qəzəb də var:

"Ailələr və cəmiyyət bu gənclərə psixoloji dəstək verməli, xüsusilə kənd və rayon yerlərində maarifləndirmə aparmalıdır. Əgər erkən nikah artıq baş veribsə, həmin şəxslərin həyatını yenidən qurması üçün sosial və emosional dəstək mexanizmləri yaradılmalıdır”—deyə o vurğulayıb.

Fəridə Sadıqzadə

Xəbər Lenti

“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00
"İmtahan dövründə psixoloji dəstək vacibdir" - Validə Tağıyeva04.03.2026 - 09:55
“Dərslərdə öyrəndiklərim mənə gündəlik həyatda kömək edir” - Yusif Quliyev 04.03.2026 - 09:45
Uşaqların psixoloji sağlamlığı məktəbdə düzgün dəstəkdən asılıdır - Arzu Fərəcova04.03.2026 - 09:35
Azərbaycan Universitetləri - ARAŞDIRMA 04.03.2026 - 09:25
"Məktəb fobiyası uşaqların təhsilinə təsir edir" - Psixoloq Fəridə Qulamova04.03.2026 - 09:15
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal04.03.2026 - 09:05
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR04.03.2026 - 09:02
EATDA-da "ZEISS" şirkətinin təmsilçisi ilə görüş keçirilib04.03.2026 - 09:00
Gözə xeyir olan təbii qidalar04.03.2026 - 08:55
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?04.03.2026 - 08:48
Nazir yeni təyin olunan məktəb direktorları ilə görüşüb04.03.2026 - 08:38
5 dəqiqəlik yuxu sağlamlıq üçün faydalıdır04.03.2026 - 08:30
Bu içkilər yaddaşı möhkəmləndirir04.03.2026 - 08:20
24 saata qripdən sağalmağın qızıl qaydası04.03.2026 - 08:14
"ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 08:05
ARTİ-nin üç əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib04.03.2026 - 07:56
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat04.03.2026 - 07:48
Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?04.03.2026 - 07:40
Sağlamlıq İdmançılar ramazanda necə qidalanmalıdır?04.03.2026 - 07:33
Alimlər ağciyər xərçənginin zəif tərəfini tapıb04.03.2026 - 07:25
Günəşdə nəhəng plazma atılması qeydə alınıb04.03.2026 - 07:16
Bu günün hava proqnozu 04.03.2026 - 07:08
Valideyn Şikayətləri Üçün Yeni Rəqəmsal Platforma Təklif Edilir04.03.2026 - 07:00
Hökumət Geridə Qalan Bölgələrdə Təhsil Nəticələrini Yaxşılaşdırmaq Üçün Yeni Proqramlar Başladır04.03.2026 - 06:36
Məktəblərin Maaş Artımı Məhdud Qalacaq: Təhsil Nazirliyi Hesablamalarını Açıqladı04.03.2026 - 06:18
2008-ci il Ağdərə toqquşması04.03.2026 - 06:00
Elçin Həmidov — Sevilən sənətkarın xatirəsi anılır04.03.2026 - 05:42
İrina Zaretska — Olimpiya mükafatçısı və çoxqat oyunlar çempionu04.03.2026 - 05:18