“Dil öyrənmək istəyənlər üçün ən asan və sürətli üsul – dinləmək, dinlədiklərini təfəkkür süzgəcindən keçirərək təkrarlamaq, yəni aktiv danışıq prosesində iştirak etməkdir”—bu fikri dilçi mütəxəssis Elşad Abışov bildirib.
Onun sözlərinə görə, yeni bir dil öyrənərkən ilk olaraq danışıqdan və söz bazasından başlamaq vacibdir:
“Dil öyrənmək üçün lazım olan vaxt insanın qavrama qabiliyyətindən asılıdır. Bu müddət bəzən iki saat, bəzən isə altı saat çəkə bilər.”
Abışov vurğulayıb ki, öyrənmənin əsasında motivasiya dayanır:
“Əsas məsələ insanın öyrənmək istədiyi dilə olan marağı və həvəsidir. Dil və təfəkkür eyni mənbədən qidalandığı üçün bir-birini tamamlayır. Kiminsə dili tez və ya gec mənimsəməsi onun təfəkkür tərzi ilə bağlıdır.”
Mütəxəssis hesab edir ki, öyrənmə üsulları şəxslərə görə fərqlidir. Prosesdə qarşılıqlı ünsiyyət, dialoqlar, əyləncəli dilçilik materialları və filmlərdən istifadə öyrənməni daha effektiv edir.