Avqustun 14-də Qax rayonunun İlisu kənd Diyarşünaslıq Evində “Xalqımızın el sənəti olan dekorativ sənət nümunələrini öyrənək və yaşadaq” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirin məqsədi milli-mənəvi irsimizin mühüm hissəsi olan dekorativ sənət nümunələrinin tanıdılması, gənc nəsil arasında bu sənətə marağın artırılması və ənənələrin qorunub saxlanılmasına töhfə vermək olub.
“Tehsil365” xəbər verir ki, görüşdə çıxış edənlər xalq sənətinin tarixi, bölgədə formalaşmış dekorativ sənət nümunələrinin xüsusiyyətləri, eləcə də onların müasir dövrdə tətbiqi imkanları barədə ətraflı məlumat veriblər. Tədbir iştirakçıları həmçinin dekorativ sənətin incəlikləri ilə bağlı fikir mübadiləsi aparıb, mövzu üzrə təcrübə və təkliflərini bölüşüblər.
Sonda iştirakçılar Diyarşünaslıq Evində nümayiş etdirilən sənət nümunələrinə baxış keçiriblər.