Bu gün Qobustan Gənclər Evində gənclərin peşə və ixtisas seçimi mövzusunda maarifləndirici görüş təşkil olunub.
Qobustan Gənclər Evindən “Tehsil365”ə məlumat verilib ki, tədbirin əsas məqsədi gənclərə gələcək karyera planlamasında düzgün qərar verməyə dəstək göstərmək və əmək bazarının tələblərinə uyğun istiqamətlər barədə məlumat təqdim etmək olub.
Görüş zamanı iştirakçılara müxtəlif peşə sahələri, ixtisas seçiminin meyarları, eləcə də əmək bazarındakı mövcud və perspektivli sahələr haqqında ətraflı məlumat verilib. Gənclərin sualları cavablandırılıb və onların maraq dairəsi və potensial bacarıqlarına uyğun istiqamətlərin müəyyənləşdirilməsi üçün praktik tövsiyələr təqdim olunub.
Tədbir səmərəli müzakirələrlə müşayiət olunub və iştirakçıların gələcək peşə seçimində daha məlumatlı qərarlar qəbul etmələrinə töhfə verib.