Təhsil 365 - Logo Mobile

Məhəmməd Füzuli — Şərq poeziyasının görkəmli söz ustadı

5715.08.2025 - 07:21
Məhəmməd Füzuli — Şərq poeziyasının görkəmli söz ustadı

Məhəmməd Füzuli orta əsr Azərbaycan şairi, mütəfəkkir, filosof, Azərbaycan Ədəbiyyat tarixində divan janrının ən məşhur simasıdır.“Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Məhəmməd Füzulinin bənzərsiz sənət dünyasını təqdim edir:

Məhəmməd ibn Süleyman, tanınmış adı ilə Məhəmməd Füzuli, 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəlada dünyaya gəlib. O, Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasına mənsub idi. Atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdü. 1508-ci ildə I Şah İsmayıl Bağdadı ələ keçirərək İraqı Səfəvi dövlətinə birləşdirdi, bir müddət sonra isə şəhər Osmanlı İmperiyasının tərkibinə daxil oldu. Beləliklə, Füzulinin yaradıcılığının ilk dövrləri İraq-Ərəb coğrafiyasında Səfəvilər hakimiyyəti dövrünə təsadüf edir.

Füzuli yüksək savadlı idi və atasının dəstəyi ilə orta əsr elmlərindən tibb, məntiq, riyaziyyat və bir sıra humanitar elmləri öyrənmiş, dini-fəlsəfi cərəyanlarla yaxından tanış olmuşdur. O, şeir və nəsr əsərlərini üç dildə — azərbaycanca, farsca və ərəbcə yazmış, Nəsimidən sonra Azərbaycan dilində yazan ən böyük şairlərdən biri hesab olunur.

Şair əsasən lirik və məhəbbət mövzularında yaradıcılıqla məşğul olmuş, eyni zamanda ictimai və maarifçi düşüncələrini əsərlərində əks etdirmişdir. Farsca əsərləri arasında “Həft Cam” (“Yeddi Cam”, “Saqinamə”), “Səhhət və Mərəz” və “Rindü Zahid” diqqət çəkir. Azərbaycanca yazdığı əsərlər arasında isə “Bəngü Badə”, “Söhbətül-Əsmar”, “Leyli və Məcnun”, “Hədiqətüs-Süəda”, “Şikayətnamə” və “Hədisi-Ərbəin” öndə gəlir. “Leyli və Məcnun” Füzulinin yeganə alleqorik olmayan poemasıdır, “Hədiqətüs-Süəda” isə onun ən həcimli əsəri sayılır.

Füzulinin məşhur qəzəlləri arasında “Məni candan usandırdı”, “Söz”, “Olsaydı məndəki qəm”, “Can vermə qəmi-eşqə ki, eşq afəti-candır”, “Canı kim cananı üçün sevsə cananın sevər”, “Məndə Məcnundan füzun aşiqlik istedadı var”, “Yetər ey fələk”, “Tutuşdu qəm oduna”, “Pənbeyi-daği-cünun içrə nihandır bədənim”, “Ey könül, yarı istə, candan keç”, “Könül səccadəyə basma ayaq, təsbihə əlurma”, “Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru”, “Ey bivəfa ki, adət olubdur cəfa sana” və “Aşiq oldum yenə bir tazə güli-rənayə” xüsusilə seçilir.

Məhəmməd Füzulinin əsərləri musiqi sahəsində də ilham mənbəyi olmuşdur. “Leyli və Məcnun” operası Üzeyir Hacıbəyov tərəfindən musiqiləşdirilmiş, “Füzuli” vokal-simfonik poemasını Ramiz Mustafayev, simfonik poemasını isə Arif Məlikov yaratmışdır. Həmçinin “Şəbi-hicran” lirik poеması xor və böyük simfonik orkestr üçün Məmməd Quliyev tərəfindən musiqi əsərinə çevrilmişdir.

Taun xəstəliyindən əziyyət çəkən Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada vəfat etmiş və eyni şəhərdə dəfn olunmuşdur. O, şərq ədəbiyyatında lirika və məhəbbət poeziyasının unudulmaz siması kimi yad edilir.

Məni candan usandırdı

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.

Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən

Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,

Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Fidan Fətullayeva

Xəbər Lenti

Sojourner Truth – Azadlıq və qadın hüquqlarının qəhrəmanı19.08.2025 - 19:50
Goranboyda 11-ci sinif şagirdi itkin düşüb19.08.2025 - 19:45
Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb19.08.2025 - 19:37
Oskar Schindler – Yüzlərlə həyatın xilasçısı19.08.2025 - 19:35
Hypatia – Qədim Yunan filosofu, riyaziyyatçı və astronom19.08.2025 - 19:10
İnsanlıq və ədalətin lideri: Nelson Mandela19.08.2025 - 19:00
Təbiətlə təmas öyrənmə prosesini gücləndirir19.08.2025 - 18:53
Milli musiqi irsi və universal harmoniyalar: Qara Qarayev yaradıcılığı19.08.2025 - 18:50
Könüllülük fəaliyyəti gənclərin inkişafına müsbət təsir edir19.08.2025 - 18:45
BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş19.08.2025 - 18:40
Səməd Vurğun: Millətin qəlbində yaşayan şair19.08.2025 - 18:30
İncəsənətlə məşğul olmaq stressi azaldır19.08.2025 - 18:30
662 bal toplayan abituriyent BANM-ı seçdi19.08.2025 - 18:20
Texnologiyadan düzgün istifadə akademik nəticələri artırır19.08.2025 - 18:15
Şabran rayonunda itkin düşən 17 yaşlı qız tapıldı YENİLƏNİB19.08.2025 - 18:14
Milli kimliyin simvolu: Hüseyn Cavid və Azərbaycan dramaturgiyası19.08.2025 - 18:10
BANM tələbələri beynəlxalq innovasiya müsabiqəsində qalib gəliblər19.08.2025 - 18:10
Məktəbli uşaqlar üçün yaddaş texnikaları19.08.2025 - 18:07
15 yaşlı oğlan qətlə yetirilib19.08.2025 - 18:04
Dövlət Proqramı çərçivəsində tələbələr Stenford Universitetində təhsil alacaqlar19.08.2025 - 18:00
Yeniyetmələrdə dostluğun əhəmiyyəti19.08.2025 - 17:50
Diana – Xalqın Şahzadəsi19.08.2025 - 17:50
Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə qəbul imtahanı keçirilib19.08.2025 - 17:49
Ağstafada gənclər arasında sorğu keçirilib19.08.2025 - 17:45
ADU-da “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinin açılış mərasimi keçirilib19.08.2025 - 17:45
Məktəbli uşaqlar üçün təbiət gəzintiləri19.08.2025 - 17:42
BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub19.08.2025 - 17:35
Abraham Linkoln – Azadlığın və bərabərliyin simvolu19.08.2025 - 17:30
Gənclərdə kitab klublarının rolu19.08.2025 - 17:30
İmtahan öncəsi qida seçimi19.08.2025 - 17:21
ADNSU tələbəsinin tədqiqat işi beynəlxalq elmi proqramda 120-dən artıq təqdimat arasında ən yaxşı seçilib19.08.2025 - 17:20
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir19.08.2025 - 17:10
19 avqust- Milli Qəhrəman Hidayət Rüstəmovun doğum günü19.08.2025 - 17:10
Məktəblilərdə fiziki hərəkətin dərsə təsiri19.08.2025 - 17:05
Lənkəran Dövlət Peşə təhsil mərkəzi Şəhid övladları üçün düşərgəyə dəstək göstərib19.08.2025 - 17:00
Xaricdə təhsil üçün dil biliklərinin rolu19.08.2025 - 16:56
Gəncədə Avropa mükafatçısı boksçu ilə görüş keçirilib19.08.2025 - 16:54
Gəncədə dünya birinciliyi qalibi idmançı ilə görüş keçirilib19.08.2025 - 16:51
Musiqi və incəsənət müəllimləri üçün təlimlərin ikinci mərhələsi start götürdü19.08.2025 - 16:45
Universitet tələbələri üçün zaman idarəetməsi19.08.2025 - 16:44
Yeniyetmələrdə texnologiyadan asılılıq19.08.2025 - 16:38
Ağstafa və Qazax rayonlarında təhsil sahəsi üzrə vətəndaş qəbulu keçirilib19.08.2025 - 16:30
Kitab oxumağın nitq inkişafına təsiri19.08.2025 - 16:25
Qobustan Gənclər evində gənclərin sağlam həyat tərzinə dair təlim-tədris fəaliyyəti təşkil olunub19.08.2025 - 16:15
Məktəblilərdə düzgün oturuş vərdişləri19.08.2025 - 16:10
Tibb təhsili üçün ən yaxşı Avropa universitetləri və ixtisas seçimləri19.08.2025 - 16:05
Abituriyentlər üçün stresslə mübarizə yolları19.08.2025 - 16:00
Böyük Britaniya universitetləri maliyyə böhranı ilə üz-üzə: təhsil sistemi yenidən düşünülməlidir19.08.2025 - 15:56