Təhsil 365 - Logo Mobile

Xəlil Rza Ulutürk: Azərbaycan poeziyasının səsi və vətənpərvərliyi

5615.08.2025 - 07:51
Xəlil Rza Ulutürk: Azərbaycan poeziyasının səsi və vətənpərvərliyi

Xəlil Rza Ulutürk Azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan respublikasının xalq şairidir.“Tehsil365” onun həyat və yaradıcılığını araşdıraraq oxuculara Xəlil Rza Ulutürkün bənzərsiz sənət dünyasını təqdim edir:

Xəlil Rza Ulutürk 7 yaşında Salyan rayon 2 saylı orta məktəbdə təhsil almağa başlayıb. Məktəb illəri onun ədəbiyyata marağının və romantik yaradıcılıq meyllərinin formalaşdığı dövr olmuşdur. 1949-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. Universitet illərində ədəbiyyatşünas alim Cəfər Xəndan və şair Bəxtiyar Vahabzadə ilə tanışlıq onun şair kimi yetişməsinə böyük təsir göstərmişdir.

1954-cü ildə universiteti bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalının redaksiyasında başlayır. Bu dövrdə çap etdiyi məqalə və şeirlər ictimaiyyətin diqqətini cəlb edir. İlk şeirlər kitabı olan “Bahar gəlir” də bu vaxt nəşr olunur.

1957-ci ildə şair Moskvaya M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdindəki ikiillik Ali Ədəbiyyat kursuna göndərilir. Bu kurs onun gələcək yaradıcılıq həyatının formalaşmasına böyük təsir göstərir. 1959-cu ildə Bakıya qayıdan Xəlil Rza Azərbaycan Pedaqoji İnstitutunda aspirantura təhsilini davam etdirir.

Xəlil Rza Ulutürk Azərbaycan dilinin saflığını qorumaq üçün mübarizə aparmış, ruslaşdırma siyasətinə qarşı çıxmışdır. Bu səbəbdən onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılmış, “Birlik” cəmiyyətinin rayonlara təşkil etdiyi səfərlərdə iştirakına qadağa qoyulmuşdur. Daha sonra şair Azərbaycan Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət alsa da, onu hələ də “şübhəli şəxs” kimi təqib edirdilər.

1950-ci illərdə Xəlil Rza Ov ləqəbi ilə Sovet dönəmində baş verən ictimai-siyasi hadisələri əks etdirən bir sıra poemalar yazmışdır. Onun “Bahar gəlir”, “İlahi səs”, “Gözəl günlər”, “Mənim Xalqım” kimi əsərləri həm vətənpərvərlik, həm də azərbaycançılıq ideyasını güclü şəkildə əks etdirir. Şairin poeziyasında xalqın taleyi, torpaq sevgisi və milli mübarizə əsas mövzular kimi diqqəti cəlb edir.

1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona İncəsənət Xadimi fəxri adı verilmişdir. 1990-cı ildə SSRİ-nin dağılmaq ərəfəsində Xəlil Rza Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilmiş və Moskvaya göndərilmişdir. 9 oktyabr 1990-cı ildə Bakıya gətirilən şair bir aylıq məhkəmə prosesindən sonra azadlığa çıxır.

1991-ci ildə Xəlil Rza “Türk Milləti Mükafatı Laureatı” fəxri adına, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Şairi fəxri adına layiq görülür. Onun yaradıcılığında azərbaycançılıq ideyası və vətənpərvərlik əsas yer tutur. Xəlil Rza Ulutürk xalqın milli mübarizəsində göstərdiyi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

1994-cü ildə şair vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun əsərləri bu gün də Azərbaycan poeziyasının zəngin irsi olaraq qalır.

Azadlıq

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb gibi, dərman gibi

İstəyirəm

SƏMA gibi,

GÜNƏŞ gibi,

CAHAN gibi!

Çəkil, çəkil, ey qəsbkar,

mən bu əsrin gur səsiyəm!

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!!!


Fidan Fətullayeva

Xəbər Lenti

Sojourner Truth – Azadlıq və qadın hüquqlarının qəhrəmanı19.08.2025 - 19:50
Goranboyda 11-ci sinif şagirdi itkin düşüb19.08.2025 - 19:45
Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb19.08.2025 - 19:37
Oskar Schindler – Yüzlərlə həyatın xilasçısı19.08.2025 - 19:35
Hypatia – Qədim Yunan filosofu, riyaziyyatçı və astronom19.08.2025 - 19:10
İnsanlıq və ədalətin lideri: Nelson Mandela19.08.2025 - 19:00
Təbiətlə təmas öyrənmə prosesini gücləndirir19.08.2025 - 18:53
Milli musiqi irsi və universal harmoniyalar: Qara Qarayev yaradıcılığı19.08.2025 - 18:50
Könüllülük fəaliyyəti gənclərin inkişafına müsbət təsir edir19.08.2025 - 18:45
BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş19.08.2025 - 18:40
İncəsənətlə məşğul olmaq stressi azaldır19.08.2025 - 18:30
Səməd Vurğun: Millətin qəlbində yaşayan şair19.08.2025 - 18:30
662 bal toplayan abituriyent BANM-ı seçdi19.08.2025 - 18:20
Texnologiyadan düzgün istifadə akademik nəticələri artırır19.08.2025 - 18:15
Şabran rayonunda itkin düşən 17 yaşlı qız tapıldı YENİLƏNİB19.08.2025 - 18:14
BANM tələbələri beynəlxalq innovasiya müsabiqəsində qalib gəliblər19.08.2025 - 18:10
Milli kimliyin simvolu: Hüseyn Cavid və Azərbaycan dramaturgiyası19.08.2025 - 18:10
Məktəbli uşaqlar üçün yaddaş texnikaları19.08.2025 - 18:07
15 yaşlı oğlan qətlə yetirilib19.08.2025 - 18:04
Dövlət Proqramı çərçivəsində tələbələr Stenford Universitetində təhsil alacaqlar19.08.2025 - 18:00
Diana – Xalqın Şahzadəsi19.08.2025 - 17:50
Yeniyetmələrdə dostluğun əhəmiyyəti19.08.2025 - 17:50
Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə qəbul imtahanı keçirilib19.08.2025 - 17:49
Ağstafada gənclər arasında sorğu keçirilib19.08.2025 - 17:45
ADU-da “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinin açılış mərasimi keçirilib19.08.2025 - 17:45
Məktəbli uşaqlar üçün təbiət gəzintiləri19.08.2025 - 17:42
BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub19.08.2025 - 17:35
Abraham Linkoln – Azadlığın və bərabərliyin simvolu19.08.2025 - 17:30
Gənclərdə kitab klublarının rolu19.08.2025 - 17:30
İmtahan öncəsi qida seçimi19.08.2025 - 17:21
ADNSU tələbəsinin tədqiqat işi beynəlxalq elmi proqramda 120-dən artıq təqdimat arasında ən yaxşı seçilib19.08.2025 - 17:20
19 avqust- Milli Qəhrəman Hidayət Rüstəmovun doğum günü19.08.2025 - 17:10
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir19.08.2025 - 17:10
Məktəblilərdə fiziki hərəkətin dərsə təsiri19.08.2025 - 17:05
Lənkəran Dövlət Peşə təhsil mərkəzi Şəhid övladları üçün düşərgəyə dəstək göstərib19.08.2025 - 17:00
Xaricdə təhsil üçün dil biliklərinin rolu19.08.2025 - 16:56
Gəncədə Avropa mükafatçısı boksçu ilə görüş keçirilib19.08.2025 - 16:54
Gəncədə dünya birinciliyi qalibi idmançı ilə görüş keçirilib19.08.2025 - 16:51
Musiqi və incəsənət müəllimləri üçün təlimlərin ikinci mərhələsi start götürdü19.08.2025 - 16:45
Universitet tələbələri üçün zaman idarəetməsi19.08.2025 - 16:44
Yeniyetmələrdə texnologiyadan asılılıq19.08.2025 - 16:38
Ağstafa və Qazax rayonlarında təhsil sahəsi üzrə vətəndaş qəbulu keçirilib19.08.2025 - 16:30
Kitab oxumağın nitq inkişafına təsiri19.08.2025 - 16:25
Qobustan Gənclər evində gənclərin sağlam həyat tərzinə dair təlim-tədris fəaliyyəti təşkil olunub19.08.2025 - 16:15
Məktəblilərdə düzgün oturuş vərdişləri19.08.2025 - 16:10
Tibb təhsili üçün ən yaxşı Avropa universitetləri və ixtisas seçimləri19.08.2025 - 16:05
Abituriyentlər üçün stresslə mübarizə yolları19.08.2025 - 16:00
Böyük Britaniya universitetləri maliyyə böhranı ilə üz-üzə: təhsil sistemi yenidən düşünülməlidir19.08.2025 - 15:56