Bölgələrdə müasir əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması məqsədilə “Bilik səfəri” regional inkişaf layihəsinə start verilib.
Gəncə Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, layihə texnoloji inkişaf və əlaqə mərkəzi sahələri üzrə yeni mütəxəssislərin yetişdirilməsini hədəfləyir.
Proqram çərçivəsində peşəkar təlimçilər tərəfindən xüsusi tədris proqramları və intensiv təlim sessiyaları keçiriləcək. Üç ay davam edəcək təlimlər iştirakçıların əmək bazarında tələb olunan bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Layihə ilkin olaraq Gəncə şəhərində həyata keçiriləcək. Gəncə və ətraf bölgələrdə yaşayan bakalavr təhsilinin son ilində olan tələbələr və məzunlar, magistr tələbələri, həmçinin iş təcrübəsi 10 ilə qədər olan şəxslər müraciət edə bilərlər.
Qeydiyyat üçün son tarix – 25 avqust 2025.
Texnoloji inkişaf sahəsi üzrə qeydiyyatdan keçmək üçün: https://pshb.az/45u6Gx0
Əlaqə mərkəzi sahəsi üzrə qeydiyyatdan keçmək üçün: https://pshb.az/4fEOUMs