Naxçıvan Dövlət Universiteti 2025-2026-cı tədris ili üçün illik təhsil haqlarında heç bir artım olmadığını açıqlayıb.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, təhsil haqlarının sabit saxlanılması tələbələrin maliyyə yükünü azaltmaq və təhsilə əlçatanlığı təmin etmək məqsədi daşıyır.
Bu qərar həm bakalavriat, həm magistratura səviyyəsində təhsil alan bütün tələbələrə şamil edilir.