Təhsil 365 - Logo Mobile

Tələbələr sahibkara çevrilirlər

8115.08.2025 - 14:31
Tələbələr sahibkara çevrilirlər

“Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 60-a yaxın məzunu aktivlər ala biləcək.  Bu, “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində reallaşacaq”.

Bunu Tehsil365-ə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev bildirib. Onun sözlərinə görə, indiyə qədər 35-ə yaxın məzuna avadanlıqlar verilib: “Hazırda 60 nəfərin qiymətləndirməsi davam edir. Layihənin I mərhələsində 84 nəfərin belə bir imkan qazanacağı nəzərdə tutulub”.

“Gənclərin biznes emalatxanası” layihəsi peşə təhsilində turizm, aqrar və sənayenin digər istiqamətləri üzrə təhsil alan tələbələrin təhsil aldıqları ixtisas sahəsi üzrə sahibkara çevrilmələrini dəstəkləyir”, – deyən Q.Nəbiyev əlavə edib ki, sözügedən layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyi arasında əldə edilən razılaşmaya əsasən həyata keçirilir. Bu razılaşmanın əsas tərəfdaşı isə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzidir: “Dövlət Məşğulluq Agentliyi işsiz, işaxataran, aztəminatlı ailələrdən olan şəxslər üçün qısamüddətli kurslar təşkil edir və təhsilinin sonunda onlara aktivlər verir. Biz də bu layihədən ilhamlandıq. Tərəfdaş qurumlar razılığa gələrək hər biri öz üzərinə müəyyən öhdəliklər götürüb. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ən önəmli öhdəliyi yerinə yetirir. Belə ki, mərkəzimizdə təhsil alan tələbələrin müraciətləri tədris dövründə akademik göstəriciləri, ixtisas sahəsinə aid nəzəri və praktiki bilik və bacarıqları nəzərə alınmaqla dəyərləndirilir, onların layihənin benefisiarına çevrilməsi istiqamətində iş aparılır”.

Layihənin uğuru onun daha da genişləndirilməsi üçün də zəmin yaradıb: “Artıq Bakıdakı bir neçə peşə təhsili müəssisəsinin də bu layihəyə cəlb edilməsi nəzərdə tutulub”.

Mərkəz direktorunun fikrincə, layihənin nəticəsinin uğurlu olmasının səbəblərindən biri hesabatlılıqdır: “Avadanlıqların işləkliyi, gənclərimizin sahibkarlıq istiqamətində fəaliyyəti mütəmadi monitorinq olunur”.

Q.Nəbiyev əlavə edib ki, bu layihə həm də peşə təhsilinin sahibkarlığın inkişafına verdiyi töhfədir: “Layihənin əsas məqsədi peşə təhsili alan gənclərin həm də sahibkara çevrilmək arzusunu reallaşdırmaqdır. Hər gənc bitirdiyi ixtisas üzrə mikro sahibkara çevrilir və öz gəlirlərini artırır”.

Direktorun sözlərinə görə, avadanlıqlar verilməklə iş bitmiş hesab olunmur və benefisiarları mütəmadi araşdırırlar: “Araşdırdıqca benefisiarların ehtiyaclarını müəyyənləşdirir, onların dövlətin yaratdığı imkanlardan – güzəştli kredit və başqa dəstək mexanizmlərindən istifadələrinə kömək edirik”.

İlhamə Nurəhmədova

Xəbər Lenti

Ontologiya – varlığın mahiyyətinə fəlsəfi baxış03.09.2025 - 19:58
Epistemologiya: qədim yunanlardan müasir dövrə bilik fəlsəfəsi03.09.2025 - 19:47
Qədim Misir sivilizasiyası: tarix, mədəniyyət və irs03.09.2025 - 19:37
Şumerlərin ilk yazı sistemləri və ritualları03.09.2025 - 19:26
Abşeron–Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən təhsil işçiləri ilə görüş keçirilib03.09.2025 - 19:16
Mərkəzi Aran Regional Təhsil İdarəsində metodistlərlə işgüzar görüş keçirilib03.09.2025 - 19:07
Posthumanizm nə deməkdir? 03.09.2025 - 19:00
Qədim mədəniyyətlərdə astronomiya və təqvimlər03.09.2025 - 18:49
Bredford Universiteti: Böyük Britaniyada elm və innovasiya mərkəzi03.09.2025 - 18:40
Goranboyda məktəbli avtomobil qəzasında dünyasını dəyişdi03.09.2025 - 18:31
"Region məktəblərində maddi-texniki baza yaxşılaşsa da, müəllim resurslarında çatışmazlıq qalır"–Rasim Həsənzadə03.09.2025 - 18:29
Sorbonna irsi – Paris Universitetinin tarixi və təsiri03.09.2025 - 18:28
Məktəbli qız faciəvi şəkildə öldü03.09.2025 - 18:27
Qızın barmağında qalan üzüyü belə çıxardılar03.09.2025 - 18:25
Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanılıb, cinayət işi açılıb03.09.2025 - 18:23
Ötən ay Azərbaycandan İtaliya və Fransaya 4 tona yaxın qurbağa ayağı ixrac olunub03.09.2025 - 18:20
Ordubadda avtomobilin vurduğu 16 yaşlı məktəbli qız xəstəxanada ölüb 03.09.2025 - 18:18
Messina Universitetində təhsil və beynəlxalq imkanlar03.09.2025 - 18:10
Kvant texnologiyaları: gələcəyin elm sahəsi03.09.2025 - 17:55
Çingiz xanın imperiyasının dünya tarixində rolu03.09.2025 - 17:48
Orta ixtisas təhsili müəssisələrinə qəbul planı 98,66 faiz dolub03.09.2025 - 17:43
Nazirlik rəsmisi: Ən çox şikayətlər hotel və gözəllik salonlarında sanitar normaların pozulması ilə bağlıdır03.09.2025 - 17:40
İnsan faktorunun robot sistemlərində rolu03.09.2025 - 17:40
Peşə təhsili müəssisələrinə qəbulun II mərhələsi başa çatıb03.09.2025 - 17:34
Şah İsmayıl Xətainin siyasi və mədəni irsi03.09.2025 - 17:30
Zaman tədqiqatları və kronobiologiya03.09.2025 - 17:20
Truva müharibəsinin gerçəkliyi03.09.2025 - 17:15
Avtomatlaşdırılmış nəqliyyat sistemləri və sürücüsüz avtomobil texnologiyaları03.09.2025 - 17:10
Qədim Babil qülləsinin sirri03.09.2025 - 17:00
İngilis ədəbiyyatının “Birinci xanımı” – Ceyn Ostin03.09.2025 - 17:00
Səhiyyə nazirinə yeni müşavir təyin olunub03.09.2025 - 17:00
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb03.09.2025 - 16:46
Mark Tven-Amerikan Yazıçı Əfsanəsi03.09.2025 - 16:40
Endoskopiya: daxili orqanlarda erkən diaqnoz imkanı03.09.2025 - 16:35
Mir Cəlal-"Heykəl uçulanda"03.09.2025 - 16:25
Elm və Təhsil Nazirliyinə edilən müraciətlərin statistikası açıqlanıb03.09.2025 - 16:23
Alman alimlər xərçəngin dərmanını tapdı 03.09.2025 - 16:20
Ensefalopatiya: beynin zədələnməsi sağlamlıq problemi olaraq diqqət mərkəzindədir03.09.2025 - 16:10
Sosial şəbəkələrdə aktivlik və şəxsi brendin formalaşması03.09.2025 - 16:00
Sosial şəbəkələrdə vaxt keçirmək buna görə insanı yorur03.09.2025 - 16:00
Gülzar İbrahimova-"Boş səbət"03.09.2025 - 16:00
Gənclər arasında özünüinkişaf kitablarının artan populyarlığı03.09.2025 - 15:52
Naftalanlı futbolçular ölkə kubokunda uğur qazanıb03.09.2025 - 15:45
Vaxtın düzgün idarə olunmasının tələbələrin uğurunda rolu03.09.2025 - 15:40
Gələn ilin sonuna qədər daha 6 milyon uşaq təhsildən məhrum ola bilər03.09.2025 - 15:36
Gənclərin ideyalarının biznesə çevrilməsi üçün dəstək mexanizmləri03.09.2025 - 15:33
Sabir Əhmədli-"Dərs" 03.09.2025 - 15:33
Tələbələrin yaradıcılıq seminarlarında qazandıqları təcrübələr03.09.2025 - 15:20