Təhsil 365 - Logo Mobile

Kollecdə ixtisas seçimi: Şəxsi maraq və əmək bazarını necə balanslaşdırmalı?

14415.08.2025 - 14:41
Kollecdə ixtisas seçimi: Şəxsi maraq və əmək bazarını necə balanslaşdırmalı?

Kolleclərdə ixtisas seçimi mövzusunda Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli ilə müsahibə apardıq. O, bildirdi ki,ixtisas seçimi bir gəncin həyatında yalnız peşə deyil, həm də gələcək həyat tərzini müəyyən edən ən mühüm qərarlardan biridir və uğurlu seçim üçün şəxsi maraqlar ilə əmək bazarının tələbləri nəzərə alınmalıdır.

– Əgər bir gənc həm istədiyi ixtisasa, həm də yüksək maaş vəd edən başqa bir ixtisasa uyğun bal toplayırsa, hansı seçim daha uğurlu olar?

“İxtisas seçimi bir gəncin həyatında yalnız peşə deyil, həm də gələcək həyat tərzini müəyyən edən ən mühüm qərarlardan biridir. Burada “uğurlu seçim” anlayışı hər zaman subyektiv olsa da, real həyatda onun iki əsas dayağı var: şəxsi maraqlar və əmək bazarının tələbləri. Əgər bir gənc həm ürəyindən keçən ixtisasa, həm də yüksək gəlir vəd edən başqa bir sahəyə uyğun ba⁸l toplayırsa, burada təkcə maddi tərəfi deyil, uzunmüddətli motivasiya faktorunu da nəzərə almaq lazımdır. İnsan sevmədiyi bir peşədə müvəqqəti maddi rahatlıq əldə edə bilər, amma zamanla işinə marağı itirərsə, peşəkar inkişafı dayanacaq. Əksinə, maraq duyduğu və güclü bacarıqlar göstərdiyi sahədə işləyən biri, bazarın tələblərinə uyğun olaraq özünü inkişaf etdirdikdə, gəlir məsələsində də uğura çata bilir. Ona görə də gənclər ixtisas seçimini edərkən, həm şəxsi istəklərinə, həm də gələcəkdə həmin sahənin iqtisadi və texnoloji tendensiyalar qarşısında davamlılığına baxmalıdırlar”.

– Bugünkü əmək bazarında hansı kollec ixtisasları 5-10 il sonra da aktual qalacaq?

“Bugünkü əmək bazarında kolleclərin verdiyi ixtisasların real dəyəri ilə bağlı ciddi problemlər mövcuddur. Təəssüf ki, Azərbaycanda çox vaxt kolleclər artıq bazarın tələblərinə cavab vermir, diplom isə bir çox hallarda iş tapmaq üçün kifayət etmir. Subbakalavr səviyyəsində təhsil almaq və əmək bazarında öz yerini tapmaq isə getdikcə çətinləşir. Dərslərin keyfiyyəti kifayət qədər yüksək deyil, tədris prosesi bəzən formal xarakter daşıyır, praktik bacarıqlar isə minimal səviyyədə verilir. Bu səbəbdən məzunlar yalnız diplom sahibi olmaqla kifayətlənir, amma işə real hazırlıqsız olurlar.

Buna baxmayaraq, yaxın 5-10 ildə əmək bazarında tələb olunacaq sahələr də mövcuddur. Texnologiya sahəsi, proqramlaşdırma, kompüter şəbəkələri, informasiya təhlükəsizliyi kimi IT ixtisasları perspektivlidir. Səhiyyə və tibbi texnologiyalar, laboratoriya işi, fizioterapiya və tibb bacılığı da davamlı tələbat görəcək. Bundan əlavə, enerji sektoru, yaşıl texnologiyalar, logistika və kənd təsərrüfatında innovativ yanaşmalar üzrə mütəxəssislərə ehtiyac qalacaq.

Əsas məsələ odur ki, gənclər kolleclərdə oxuyaraq yalnız diplomla kifayətlənməməli, bazarın real tələblərini nəzərə alaraq praktik bacarıqlar, sertifikatlaşdırılmış kurslar və əlavə təlimlərlə təhsillərini gücləndirməlidirlər. Yalnız belə yanaşma ilə kollecdəki təhsil həm maraqlı, həm də bazarda rəqabət qabiliyyətini artıran bir vasitəyə çevrilə bilər. Dövlət və təhsil qurumlarının bu sahədə ciddi modernləşmə və keyfiyyət yüksəltmə tədbirləri görməsi vacibdir”.

– Əgər abituriyent bir tərəfdə ailə və cəmiyyətin təzyiqi, digər tərəfdə isə şəxsi maraqları arasında qalsa, hansı seçim daha doğru olar?

Ailə və cəmiyyət təzyiqi məsələsinə gəldikdə isə, bu, Azərbaycanda ixtisas seçimində tez-tez rast gəlinən bir haldır. Əlbəttə, valideynlər övladlarının gələcəyini düşünərək müəyyən ixtisaslara yönləndirmək istəyirlər, amma burada əsas məsələ gəncin uzunmüddətli xoşbəxtliyi və peşəkar potensialıdır. Şəxsi maraqlar nəzərə alınmadan edilən seçimlər, çox vaxt orta müddətdə motivasiya itkisi və peşə dəyişiklikləri ilə nəticələnir. Ən ideal yanaşma – gəncin maraqları ilə əmək bazarının real tələbləri arasında körpü yaratmaqdır. Bu, bəzən kompromis variant seçməyi tələb edə bilər: həm gəncin sevdiyi sahəyə yaxın, həm də gələcəkdə ona stabil gəlir təmin edəcək bir istiqamət tapmaq. Gəncin qərarına hörmət etmək, ona düzgün məlumat və perspektiv təqdim etmək, seçim prosesini psixoloji gərginlikdən uzaqlaşdırmaq, əslində həm ailənin, həm də cəmiyyətin üzərinə düşən məsuliyyətdir”.


Fəridə Sadıqzadə

Xəbər Lenti

“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00
"İmtahan dövründə psixoloji dəstək vacibdir" - Validə Tağıyeva04.03.2026 - 09:55
“Dərslərdə öyrəndiklərim mənə gündəlik həyatda kömək edir” - Yusif Quliyev 04.03.2026 - 09:45
Uşaqların psixoloji sağlamlığı məktəbdə düzgün dəstəkdən asılıdır - Arzu Fərəcova04.03.2026 - 09:35
Azərbaycan Universitetləri - ARAŞDIRMA 04.03.2026 - 09:25
"Məktəb fobiyası uşaqların təhsilinə təsir edir" - Psixoloq Fəridə Qulamova04.03.2026 - 09:15
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal04.03.2026 - 09:05
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR04.03.2026 - 09:02
EATDA-da "ZEISS" şirkətinin təmsilçisi ilə görüş keçirilib04.03.2026 - 09:00
Gözə xeyir olan təbii qidalar04.03.2026 - 08:55
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?04.03.2026 - 08:48
Nazir yeni təyin olunan məktəb direktorları ilə görüşüb04.03.2026 - 08:38
5 dəqiqəlik yuxu sağlamlıq üçün faydalıdır04.03.2026 - 08:30
Bu içkilər yaddaşı möhkəmləndirir04.03.2026 - 08:20
24 saata qripdən sağalmağın qızıl qaydası04.03.2026 - 08:14
"ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 08:05
ARTİ-nin üç əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib04.03.2026 - 07:56
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat04.03.2026 - 07:48
Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?04.03.2026 - 07:40
Sağlamlıq İdmançılar ramazanda necə qidalanmalıdır?04.03.2026 - 07:33
Alimlər ağciyər xərçənginin zəif tərəfini tapıb04.03.2026 - 07:25
Günəşdə nəhəng plazma atılması qeydə alınıb04.03.2026 - 07:16
Bu günün hava proqnozu 04.03.2026 - 07:08
Valideyn Şikayətləri Üçün Yeni Rəqəmsal Platforma Təklif Edilir04.03.2026 - 07:00
Hökumət Geridə Qalan Bölgələrdə Təhsil Nəticələrini Yaxşılaşdırmaq Üçün Yeni Proqramlar Başladır04.03.2026 - 06:36
Məktəblərin Maaş Artımı Məhdud Qalacaq: Təhsil Nazirliyi Hesablamalarını Açıqladı04.03.2026 - 06:18
2008-ci il Ağdərə toqquşması04.03.2026 - 06:00
Elçin Həmidov — Sevilən sənətkarın xatirəsi anılır04.03.2026 - 05:42
İrina Zaretska — Olimpiya mükafatçısı və çoxqat oyunlar çempionu04.03.2026 - 05:18