Təhsil 365 - Logo Mobile

Tələbələr iqtisadi uğur qazanmaq üçün hansı bacarıqları inkişaf etdirməlidir?

20415.08.2025 - 15:42
Tələbələr iqtisadi uğur qazanmaq üçün hansı bacarıqları inkişaf etdirməlidir?

Gənclərin karyerası, şəxsi inkişafı və iqtisadi perspektivləri barədə “Tehsil365”ə verdiyi müsahibədə PhD., coğrafiya və iqtisadçı ekspert Niftiyev Famil Qağamalı oğlu bu gün gənclərin əmək bazarında uğur qazanması üçün vacib bacarıqlardan danışıb.

Ekspert bildirib ki, bugünkü əmək bazarında uğur təkcə ixtisas üzrə nəzəri biliklərə əsaslanmır. Tələbələr iqtisadi dəyişikliklərə tez adaptasiya ola biləcək, çevik və çoxşaxəli bacarıqlara sahib olmalıdır. “Ən vacib istiqamətlərdən biri iqtisadi və maliyyə savadlılığıdır. Bu, şəxsi büdcə planlamasından tutmuş investisiya alətlərinin işləmə prinsiplərini anlamağa qədər geniş bir anlayışı əhatə edir,” – deyə Niftiyev qeyd edib.

O, həmçinin texnoloji bacarıqların əhəmiyyətinə diqqət çəkib: “Proqramlaşdırma, rəqəmsal marketinq, data analizi, avtomatlaşdırma sistemləri ilə işləmək əmək bazarında diferensial üstünlük yaradır. Bundan başqa, ünsiyyət qurmaq, komanda işi, liderlik və problemləri yaradıcı yolla həll etmək kimi “yumşaq bacarıqlar” həm iş müsahibəsində, həm də real iş mühitində rəqabət üstünlüyü verir.”

Niftiyev gənclərə tövsiyə edib ki, bacarıqları yalnız universitet ixtisası ilə məhdudlaşdırmasınlar. “Gənclər özlərini müxtəlif fəaliyyət sahələrində sınamalıdırlar: könüllülük, qısa təlim proqramları, staj və praktik işlər real təcrübə qazandırmaqla yanaşı, insanın güclü və zəif tərəflərini üzə çıxarır. Bu mərhələdə əsas məqsəd pul qazanmaq yox, öyrənmək və şəbəkə yaratmaq olmalıdır.”

Maliyyə baxımından uğur üçün erkən yaşdan pul idarəetmə vərdişlərini formalaşdırmaq vacibdir. “Gəlir və xərcləri planlamaq, ehtiyat fondu yaratmaq, kiçik investisiyalar barədə düşünmək və riskləri hesablamağı öyrənmək uzunmüddətli dayanıqlı uğur üçün baza yaradır,” – deyə ekspert əlavə edib.

Niftiyev vurğulayıb ki, ali təhsil iqtisadi baxımdan insan kapitalına qoyulan bir investisiyadır. “Statistik olaraq, yüksək təhsilli şəxslərin uzunmüddətli qazanc potensialı daha yüksəkdir. Lakin bu, avtomatik uğur demək deyil. Əsas məsələ düzgün ixtisas seçimi, tələbənin öz sahəsinə marağı və paralel bacarıq inkişafıdır. Əgər insan sevdiyi işlə məşğul olursa, bu, motivasiyanı uzunmüddətli qoruyur və iş keyfiyyətinə müsbət təsir edir,” – deyə o bildirib.

Ekspert həmçinin əlavə edib ki, yalnız şəxsi maraq əsasında peşə seçmək risklidir. “Uğurlu strategiya sevdiyin işi seçmək, amma onu əmək bazarının tələblərinə uyğun bacarıqlarla zənginləşdirməkdir. Bu halda həm işdən məmnunluq, həm də maliyyə gəliri təmin etmək mümkündür.”

Niftiyev qeyd edib ki, Azərbaycanda gənclər üçün daxili bazarda son illərdə çox imkanlar yaranıb. “ASAN Xidmət, İNNOLAND, SABAH.lab kimi dövlət dəstəklı innovasiya mərkəzləri, startap inkubatorlar və biznes akseleratorlar, həmçinin özəl sektorun təşkil etdiyi təlim və təcrübə proqramları tələbələr üçün əvəzolunmaz platformalardır. Bu imkanlardan istifadə edərək, xaricə getmədən beynəlxalq səviyyəli bilik və təcrübə toplamaq mümkündür.”

O əlavə edib ki, onlayn platformalar Coursera, Udemy, edX dünyanın qabaqcıl universitetlərinin kurslarını əlçatan edir və beynəlxalq sertifikat almağa şərait yaradır. “Yerli şirkətlərdə part-time işlər, frilans layihələr və könüllülük fəaliyyəti tələbənin həm CV-sini gücləndirir, həm də real bazar təcrübəsi qazandırır. Qlobal dünyada rəqabətqabiliyyətli olmaq üçün mütləq xaricə getmək şərt deyil. Əsas olan ölkə daxilində mövcud resurslardan maksimum səmərəli istifadə etməkdir,” – deyə Niftiyev Famil qeyd edib.

Fəridə Sadıqzadə

Xəbər Lenti

Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 12:56
“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00
"İmtahan dövründə psixoloji dəstək vacibdir" - Validə Tağıyeva04.03.2026 - 09:55
“Dərslərdə öyrəndiklərim mənə gündəlik həyatda kömək edir” - Yusif Quliyev 04.03.2026 - 09:45
Uşaqların psixoloji sağlamlığı məktəbdə düzgün dəstəkdən asılıdır - Arzu Fərəcova04.03.2026 - 09:35
Azərbaycan Universitetləri - ARAŞDIRMA 04.03.2026 - 09:25
"Məktəb fobiyası uşaqların təhsilinə təsir edir" - Psixoloq Fəridə Qulamova04.03.2026 - 09:15
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal04.03.2026 - 09:05
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR04.03.2026 - 09:02
EATDA-da "ZEISS" şirkətinin təmsilçisi ilə görüş keçirilib04.03.2026 - 09:00
Gözə xeyir olan təbii qidalar04.03.2026 - 08:55
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?04.03.2026 - 08:48
Nazir yeni təyin olunan məktəb direktorları ilə görüşüb04.03.2026 - 08:38
5 dəqiqəlik yuxu sağlamlıq üçün faydalıdır04.03.2026 - 08:30
Bu içkilər yaddaşı möhkəmləndirir04.03.2026 - 08:20
24 saata qripdən sağalmağın qızıl qaydası04.03.2026 - 08:14
"ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 08:05
ARTİ-nin üç əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib04.03.2026 - 07:56
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat04.03.2026 - 07:48
Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?04.03.2026 - 07:40
Sağlamlıq İdmançılar ramazanda necə qidalanmalıdır?04.03.2026 - 07:33
Alimlər ağciyər xərçənginin zəif tərəfini tapıb04.03.2026 - 07:25
Günəşdə nəhəng plazma atılması qeydə alınıb04.03.2026 - 07:16
Bu günün hava proqnozu 04.03.2026 - 07:08
Valideyn Şikayətləri Üçün Yeni Rəqəmsal Platforma Təklif Edilir04.03.2026 - 07:00
Hökumət Geridə Qalan Bölgələrdə Təhsil Nəticələrini Yaxşılaşdırmaq Üçün Yeni Proqramlar Başladır04.03.2026 - 06:36
Məktəblərin Maaş Artımı Məhdud Qalacaq: Təhsil Nazirliyi Hesablamalarını Açıqladı04.03.2026 - 06:18
2008-ci il Ağdərə toqquşması04.03.2026 - 06:00
Elçin Həmidov — Sevilən sənətkarın xatirəsi anılır04.03.2026 - 05:42