Təhsil 365 - Logo Mobile

"Müasir tələbələr iş axtaran yox, iş quran ruhda olmalıdır" – Ekspert Eldəniz Əmirov

19715.08.2025 - 16:13
"Müasir tələbələr iş axtaran yox, iş quran ruhda olmalıdır" – Ekspert Eldəniz Əmirov

“Tehsil365”in müsahibində iqtisadçı Eldəniz Əmirov gənclərin uğurlu karyera yolunu necə formalaşdırmalı olduqlarını vurğulayıb. Onun fikrincə, tələbələr iş axtaran yox, iş quran və dəyər yaradan ruhda yetişməlidirlər.

“Onlar ilk növbədə öz daxillərində olan bacarıqları üzə çıxarmağa çalışmalıdırlar. İqtisadi bilik və bacarıqlar bir qədər ümumi ifadədir, amma daha vacib olan onların sahibkarlıq ruhunda yetişməsidir. Gənclər müəyyən təşəbbüslərlə çıxış etməli, müşahidə qabiliyyətləri güclü olmalıdır. Komanda işini bacarmalı, müasir iqtisadi alətlərə yiyələnməlidirlər,” deyə o bildirib.

E. Əmirov xüsusilə vurğulayıb ki, tələbələr diplom və kağız parçası üçün deyil, bilik və bacarıqlarını beynində, zəkasında və davranışlarında formalaşdırmaq üçün çalışmalıdırlar. Onun sözlərinə görə, bu bacarıqlar arasında ünsiyyət, qiymətləndirmə, investisiya təhlili və layihə idarəçiliyi bacarıqları əsas yer tutur.

Ekspert gənclərə ilkin mərhələlərdə gəliri düşünmədən könüllü fəaliyyətlə məşğul olmağı tövsiyə edib. “Onlar peşəkar idarəçilərin yanında olub idarəetmə sənətini mənimsəməli, mümkün olan bütün ödənişsiz online kurslardan yararlanmalıdırlar. Uğursuzluqdan qorxmamalıdırlar, layihələrdə iştirak etməli, real iş təcrübəsi toplamalıdırlar. Çünki gələcəkdə kağız parçası heç kimə lazım olmayacaq, ən önəmli olan bacarıqlardır,” deyə Eldəniz Əmirov bildirib.

O, həmçinin qeyd edib ki, gənclər öz həvəslərini və bacarıqlarını düzgün qiymətləndirməli, müşahidə qabiliyyətlərini inkişaf etdirməlidirlər. “Müşahidə qabiliyyəti güclü olan gənclər gələcəyin uğurlu iqtisadi liderləri olacaq. Problemi hamıdan əvvəl görən insan həllini də tapır. Uğurun başlanğıcı güclü və düzgün müşahidə bacarığıdır,”deyə ekspert vurğulayıb.

E. Əmirov sevdiyi peşənin ardınca getməyin uğurlu karyeranın açarı olmadığını bildirib. “İnsanların zövqü və fikirləri zamanla dəyişir. Çox az insan olur ki, sevdiyi sahəni seçir. Reallıqda uğur, sahədə pul qazanmaq ehtimalı və böyük əmək tələb edir. Bu, qeyri-adi istedad tələb edir, amma hədəflərə çata bilməyən insanlar qəti demotivasiya olmamalıdır,” – deyə o əlavə edib.

Ekspertin fikrincə, yüksək bacarıqlı insanlar yüksək bilikli işçiləri idarə edir. “Dünyada böyük sahibkarlar yüzlərlə həkim, hüquqşünas, maliyyəçi və İT mütəxəssisini işlədirlər. Onların hamısı müşahidə qabiliyyəti ilə problemləri görür və həll üçün ideya yaradırlar. Bu, gələcəyin uğurlu insanlarını formalaşdırır,”deyə Eldəniz Əmirov qeyd edib.

Son olaraq, E. Əmirov xaricdə təhsilin avtomatik üstünlük təmin etmədiyini bildirib. “Uzun müddət ABŞ və Avropada təhsil almış tələbələrlə işləmişəm. Çox az istisna olmaqla, onların yerli tələbələrdən üstünlüyü yalnız dil biliklərindədir. Azərbaycan universitetlərində təhsil alan tələbələr istedad və bacarıq baxımından heç də geri qalmırlar,” deyə o vurğulayıb.

Ekspert həmçinin öz təcrübəsindən danışaraq Harvard Business School-un idarəetmənin əsasları proqramı üzrə sertifikat aldığını və burada gördüyü iştirakçıların çoxunun Azərbaycanda da yüksək səviyyəli potensiala sahib olduğunu qeyd edib.

Fəridə Sadıqzadə

Xəbər Lenti

Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 12:56
“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00
"İmtahan dövründə psixoloji dəstək vacibdir" - Validə Tağıyeva04.03.2026 - 09:55
“Dərslərdə öyrəndiklərim mənə gündəlik həyatda kömək edir” - Yusif Quliyev 04.03.2026 - 09:45
Uşaqların psixoloji sağlamlığı məktəbdə düzgün dəstəkdən asılıdır - Arzu Fərəcova04.03.2026 - 09:35
Azərbaycan Universitetləri - ARAŞDIRMA 04.03.2026 - 09:25
"Məktəb fobiyası uşaqların təhsilinə təsir edir" - Psixoloq Fəridə Qulamova04.03.2026 - 09:15
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal04.03.2026 - 09:05
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR04.03.2026 - 09:02
EATDA-da "ZEISS" şirkətinin təmsilçisi ilə görüş keçirilib04.03.2026 - 09:00
Gözə xeyir olan təbii qidalar04.03.2026 - 08:55
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?04.03.2026 - 08:48
Nazir yeni təyin olunan məktəb direktorları ilə görüşüb04.03.2026 - 08:38
5 dəqiqəlik yuxu sağlamlıq üçün faydalıdır04.03.2026 - 08:30
Bu içkilər yaddaşı möhkəmləndirir04.03.2026 - 08:20
24 saata qripdən sağalmağın qızıl qaydası04.03.2026 - 08:14
"ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 08:05
ARTİ-nin üç əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib04.03.2026 - 07:56
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat04.03.2026 - 07:48
Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?04.03.2026 - 07:40
Sağlamlıq İdmançılar ramazanda necə qidalanmalıdır?04.03.2026 - 07:33
Alimlər ağciyər xərçənginin zəif tərəfini tapıb04.03.2026 - 07:25
Günəşdə nəhəng plazma atılması qeydə alınıb04.03.2026 - 07:16
Bu günün hava proqnozu 04.03.2026 - 07:08
Valideyn Şikayətləri Üçün Yeni Rəqəmsal Platforma Təklif Edilir04.03.2026 - 07:00
Hökumət Geridə Qalan Bölgələrdə Təhsil Nəticələrini Yaxşılaşdırmaq Üçün Yeni Proqramlar Başladır04.03.2026 - 06:36
Məktəblərin Maaş Artımı Məhdud Qalacaq: Təhsil Nazirliyi Hesablamalarını Açıqladı04.03.2026 - 06:18
2008-ci il Ağdərə toqquşması04.03.2026 - 06:00
Elçin Həmidov — Sevilən sənətkarın xatirəsi anılır04.03.2026 - 05:42