Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi Cəfərli Natavan beynəlxalq ixtisasartırma proqramını uğurla başa vurub.
ADU’dan “Tehsil365”ə xəbər verilib ki, Cəfərli Natavan ABŞ-nin qabaqcıl universitetlərindən olan Kaliforniya universiteti (University of California) tərəfindən təqdim olunan ("Introduction to Learning Transfer and Life Long Learning (3L)”) (“Öyrənmənin tətbiqi və Ömürboyu Öyrənməyə Giriş (3L)”) adlı proqramı uğurla tamamlayaraq beynəlxalq sertifikata layiq görülüb.
Eyni zamanda "Foundations of Teaching for Learning: İntroduction" və “AI For Everyone” ixtisasartırma kurslarını da uğurla tamamlayıb.
Qeyd edilən kurslar ali təhsil mühitində yenilikçi tədris yanaşmalarını mənimsəmək və onların səmərəli tətbiqi bacarığını formalaşdırmaq üçün nəzərdə tutulub. Bu təcrübə Cəfərli Natavanın peşəkar inkişafını gücləndirəcək və eyni zamanda ADU-da müasir pedaqoji metodların tətbiqini təşviq edəcək.