Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün təşkil olunan təlimlərin son təqdimatları 15 avqust tarixində uğurla yekunlaşıb.
“Tehsil365” xəbər verir ki, təlimlərdə məktəbəqədər müəssisələrin rəhbərləri yeni pedaqoji metodlar, idarəetmə və təşkilati bacarıqlar üzrə məlumatlandırılıb, təcrübə mübadiləsi aparılıb. Tədbir iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına və məktəbəqədər təhsil sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsinə xidmət edib.