Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər keçirilir. Monitorinqlər Regional İdarənin və rayon təhsil sektorlarının əməkdaşları tərəfindən həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, yoxlamalar zamanı bağçalarda təlim-tərbiyə prosesinin mövcud qaydalara uyğun təşkilinə, məşğələlərin keçirilməsinə, uşaqların davamiyyətinə, ərzaq təminatı və saxlanmasına, qidalanma keyfiyyətinə, həmçinin sənədləşmənin düzgün aparılmasına diqqət yetirilir.
Qeyd olunub ki, bu cür monitorinqlər təhsil müəssisələrində şəffaflığın təmin olunması, keyfiyyətin yüksəldilməsi və mövcud problemlərin vaxtında aradan qaldırılması məqsədilə mütəmadi olaraq davam etdiriləcək.