Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinin başa çatmasına 3 gün qalır.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, bu məqsədlə Mingəçevir Dövlət Universitetində (MDU) abituriyentlərə və onların valideynlərinə dəstək göstərmək üçün Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir.
Mərkəzin əsas məqsədi abituriyentlərin ixtisas seçimi zamanı düzgün qərar vermələrinə yardımçı olmaq, onların suallarını cavablandırmaq və peşəkar məsləhətlər təqdim etməkdir.
Abituriyent Məsləhət Mərkəzi MDU-nun əsas tədris binasında – Kitabxana bölməsində yerləşir və tam ödənişsiz xidmət göstərir.
Əlaqə üçün: 051-500-45-66 (zəng və WhatsApp üçün).